Sahibkarlar icra başçısını müdafiə etdilər VİDEO
Hörmətli redaksiya , bu yaxınlarda təsadüfən Sumqayıtdakı “Şərq bazarı”nın keçmiş bazarkomu Rəşid Babayevin Kanal24 İnternet Televiziyasına aşıqlamasına baxdım və qərara aldım ki, bu barədə fikirlərimi bildirim.
3 İyul 2017 13:01 Sosial66 sahibkar onların adından istifadə edən keçmiş bazarkoma etiraz edir
Hörmətli redaksiya , bu yaxınlarda təsadüfən Sumqayıtdakı "Şərq bazarı"nın keçmiş bazarkomu Rəşid Babayevin Kanal24 İnternet Televiziyasına aşıqlamasına baxdım və qərara aldım ki, bu barədə fikirlərimi bildirim.
Əvvəlcə onu deyim ki,onun dediklərinin hamısı yalan üstə qurulmuşdu və həqiqətdən tamam uzaqdı. O boş cəfəngiyyat olan açıqlamasında özünü yazıq, məzlum qisimdə, hüquqlarını tapdanmış kimi göstərir. Ancaq mələk donu geyinən keçmiş bazarkom əslində heç də özünü göstərmək istədiyi kimi deyil.O ictimaiyyətə özünü əzabkeş kimi təqdim edir,cəmiyyətdə belə fikir formalaşdırmaq ,özü haqda belə obraz yaratmaq istəyir ,mələk cildinə girir ,amma onu tanıyanlar bilir ki, sahibkarlara nə qədər zülmlər verib, nə qədər haqsızlıqlar edib.O müsahibəsində bir dəfə demədi ki, burda 66 sahibkarın dükanları da uzun müddət fəaliyyət göstərib. Qəribədir ki,ərazidə uzun müddət fəaliyyət göstərən və həqiqətən əmlak hüquqları pozulan 66 sahibkardan bir kəlmə də demir.
Demədi ki, burda 66 sahibkar fəaliyyət göstərib və bu günə kimi onların hesabına qalıb . Ancaq deyir ki, bura məndən başqa heç kimin olmayıb.
Sual olunur, sizin təbirinizcə deyək ,misal üçün 66 sahibkar heç olmayıb,bəs şərikiniz ki, olub. Özü də o insan da respubilkanın tanmış simalarından biridir. Belə çıxır siz hər sahədə unutqansınız.
Siz öz çıxışınızda hörmətli prezidentdən imdad istəyirsiniz ki, icra başçısı Zakir Fərəcovun əməllərinə son qoyulsun. Sizin mülkiyyət çıxarışlarınız Əmlak Komitəsi tərəfindən ləğv olunub, indiyəcən gedib mülkiyyət hüququnu rəsmiləşdirməyi belə özünüzə ağır bilmisiniz, siz hansı qanunsuzluqdan danışırsınız?! Sahibkarlar məhkəmələrdə qalib gələndə , qanunları əsas gətirəndə onların xeyrinə çıxarılan qərarları sizə göstərəndə onları ələ salırdınız, deyirdiniz ki, qanun-manun boş şeydir, onsuz da mən deyən olacaq . Amma indi çıxılmaz vəziyyətdə qalanda, əliniz qapı arasında qalanda indiyəcən saymadığınız Azərbaycan qanunları yadınıza düşür, onlardan yapışırsınız. Nəzərinizə çatdırırıq ki, sizə dövlət qurumları tərəfindən tapşırılıb ki, bazarda antisanitariya baş alıb gedir, bunun qarşısı alınsın. Bəs siz nə etdiniz? Siz bazardan yerpulu kimi yığılan pulları bölüb şərikiniz vasitənizlə Qubada, Qusada kef məclisləri düzəltdiniz, yeyib-içməyə xərclədiniz, əmlaklar, obyektlər tikdiniz.
Yığdığınız gündəlik pulların hətta 5 faizini belə bazarın,bazarətrafının abadlığına sərf etsəydiniz,quruculuğa sərf etsəydiniz ,sahibkarlara qan uddurmaq əvəzinə onlarla dil tapıb,əl-ələ verib az xərclə abadlıq işləri görsəydiniz indi heç bazarın da sökülməsinə bəlkə ehtiyac olmazdı, gündəlik külli miqdarda gəlirinizdən də olmazdınız.
Qusarda özünüzə və övladlarınıza şərait yaratdınız.Çox gözəl! Hər bir sahibkarın halal qazancını hara istəyir xərcləməyə haqqı var, amma siz halallıqla qazanmadınız. Siz nəinki xeyriyyəçiliklə məşğul olmadınız, əksinə sahibkarlara ziyan vurdunuz ,onlara zülm verdiniz. Deyirsiniz sökülən bazarda 500 nəfər işləyib. Amma məlumdur ki, orada ən azı 1500 icarədar fəaliyyət göstərib ki,onlardan hər gün, hər ay pul alınıb, amma heç bir şərait yaradılmayıb. Qeydiyyatdan gizlənən 1000-dən çox icarədarın olması isə dövlət vergisindən yayınmağın bir növüdür. Qazandığınız günahların,mənəvi cəhətdən etdiyiniz pis hərəkətlərin isə sayı-hesabı yoxdur. Adicə bir şeyi deyim ki, oğlunuz Eldar Babayev ehtiyacı olan və ailəsinə kömək məqsədilə anasının bişirdiyi peraşkiləri bazarda satan uşaqdan belə aylıq pul istəmişdi və vermədiyinə görə bazardan buraxmadı. Budur insanlıq, mənəviyyat ?! Bu, onminlərlə epizodlardan biridir. Siz indi hansı haqla ədalətdən danışırsınız? Camaatın malına dəfələrlə təpik vurmağınızı hələ demirəm. Siz çıxışınızda Zakir Fərəcova irad bildirirsiniz ki, mənim yerimi qanunsuz sökürsüz. Sual olunur ki, sizin inzibati binanızın arxasında zəbt etdiyiniz o ərazini hansı sənədlə əldə etmisiniz?! Sizdən başqa o ərazidə 66 sahibkar fəaliyyət göstərib. Cənab başçı bu ilin may ayının 12-də"Şərq bazarı"nda kiçik baxış keçirdi və orda irad və tapşırıqlarını bildirdi. Həmin vaxtdan ərazidə abadlıq və quruculuq işlərinin başlanması üçün söküntü işlərinə start verildi,
66 sahibkar yekdilliklə başçının tapşırıqlarına əməl edərək öz sənədli-kupçalı mağazalarını mal-materialdan azad edib boşaltdı ki,söküntü işlərinə mane olunmasın.Siz Rəşid Babayev, bəs nə etdiniz bugünə qədər?! Hər gün söküntüyə maneçilik edərək işləyən texnikaya, işçilərə hörmətsizlik etdiniz. İcra hakimiyyəti ilə müqavilə bağlamışdınız ki, söküntünü öz hesabınıza aparacaqsınız ,amma buna əməl etmədiniz.
Keçən ayın 28-i siz bir qrup ətrafınızdakıları adamları (katibənizi,baldızınızı ,gecə gözətçisini ,pulyığanınız Ərəbxanı və başqalarını) başınıza yığaraq Prezdent Aparatına şikayətə getmisiniz. Lap yaxşı , gedin,bu sizin vətəndaş,sahibkar kimi hüququnuzdur, ancaq siz gedib orda 66 sahibkar adından istfadə etməyin. Yetər artıq bu qanunpərəst,zəhmətkeş 66 sahibkarin adından istfadə etməyiniz. Hamı artıq sizi və havadarlrınızı tanıyır, yetər artıq!
İcra başçısının Sumqayıtda apardığı quruculuq işlərinə, onun Sumqayıtı nümunəvi şəhərə çevirməyinə çalışmasına dəstək olmaq əvəzinə ona mane olursunuz, Sumqayıtda qazandığınız milyonların bir hissəsini Sumqayıtın çiçəklənməsinə yox ,başqa yerlərə ,başqa yerlərə yatırım edirsiz.
Xatırladım ki, bir müddət əvvəl Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri - "Şərq Bazarı" problemi həll olunmağa başladı. Sumqayıt İcra hakimiyyətindən bildirilir ki, "Şərq Bazarı" ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək.
Vurğulanıb ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.
"Şərq Bazarı" ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan 66 sahibkarın hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.
Artıq xeyli müddətdir ərazidə söküntü işlərinə başlanılıb.
Xatırladaq ki, bazarkomla 66 sahibkar arasında baş verən "Şərq bazarı" ətrafındakı mübahisə uzun müddət davam etmişdi və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq özünün sənədi qaydasında olmaya-olmaya Rəşid Babayev hər vəchlə hər bir sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi. Ansisanitariya, abadlıq baxımdan da məhz ona məxsus obyektlər pis vəziyyətdə idi və buradan milyonlarla pul yığmasına rəğmən Rəşid Babayev nə ətraf yolları düzəltmirdi ,nə də ümumiyyətlə ərazidə heç bir abadlıq işləri görmürdü.
İndi də bütün ərazi yeni ticarət mərkəzi tikilməsi üçün tam sökülüb, təkcə Rəşid Babayevə məxsus binalardan başqa. Rəşid Babayev hər vəchlə söküntüyə mane olur və icra başçısı Zakir Fərəcova qarşı gedir,dirəniş göstərir.
Vaqif Vaqifov