Erməni hərbçi qəzaya düşdü: ölən və yaralı var

İrəvan-Yeresxavan magistralının 37-ci kilometrliyində Kiçik Vedi kəndinin ərazisində ağır yol qəzası baş verib. Araqatsodi vilayətinin Oşakan kənd sakini 26 yaşlı Mkrtıç Qahramanyan idarə etdiyi "35 DA 817" nömrəli "Volkswagen" Golf markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü M.Qahramanyan, sərnişin 24 yaşlı Armine Mnatsakanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Vedi tibb mərkəzinə yerləşdiriliblər.  Məlumata görə, 2 yaşlı Artaşes Qahramanyan hadisə yerində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, uşağın cəsədi maşından təxminən 25 metr aralıda aşkar edilib.

Qeyd edilib ki, M.Qahramanyan işğal altında olan Qarabağda düşmən hərbi hissələrindən birində xidmət edir. Ölən uşaq onun oğlu, yaralanan A.Mnatsakanyan isə həyat yoldaşıdır. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31