Azər Həsrət: “Müdafiə tədbirlərini daim təkmilləşdirməliyik”
“Əgər hazırda ABŞ kimi supergüc bu hücumların qarşısında acizdirsə, Azərbaycanın, yaxud başqa bir dövlətin sığortalanmasından söhbət gedə bilməz”. Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib.
3 İyul 2017 12:28 Siyasət"Əgər hazırda ABŞ kimi supergüc bu hücumların qarşısında acizdirsə, Azərbaycanın, yaxud başqa bir dövlətin sığortalanmasından söhbət gedə bilməz". Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib.
Onun sözlərinə görə, sadəcə dövlətin, həm də insanlarımızın daha sayıq olması belə hücumların qarşısını almaqda faydalı ola bilər: "Yaxud belə hücumlar olacağı təqdirdə biz onlardan nəticə çıxarıb kibermüdafiə çəmbərimizin zəif nöqtələrini müəyyən edə bilərik. Bu isə o deməkdir ki, hücumlar bizi zəiflətmək üçün edildiyi halda onlardan özümüzü möhkəmləndirmək üçün istifadə edə bilərik. Yəni sayıq olmalıyıq, müdafiə tədbirlərini daim təkmilləşdirməliyik".