Gündəm

Ankaranın mərkəzində 4 mərtəbəli bina yanır

3 İyul 2017 16:00

Ankaranın mərkəzində 4 mərtəbəli bina yanır. Hazırda binada yanğının söndürülməsi və sakinlərin təxliyə edilməsi istiqamətində operativ iş aparılır. Yanğının baş vermə səbəbləri məlum deyil.

Ekspedisiya rəisi: “Bakı-Şamaxı və Bakı-Ağsu yollarında sürüşmə aktivləşib”

3 İyul 2017 15:44

“Ötən ay Şamaxı şəhəri, 48 – A məhəlləsində sürüşmə sahəsinin dinamikasında və parametrlərində ciddi artım baş verib. Bakı – Şamaxı avtomobil yolunun 106 – 111-ci km-də də sürüşmə sahəsinin bir neçə yerində uçqun – töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb”.

Palata: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var

3 İyul 2017 15:42

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunda dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

BMT-nin Əhali Fondunun “ASAN Könüllülər” ilə birgə kampaniyası başa çatdı

3 İyul 2017 15:41

 İyulun 3 – də BMT-nin Əhali Fondunun “ASAN Könüllülər” ilə sosial mediyada birgə kampaniyası başa çatıb. Kampaniyanın əsas məqsədi gender əsaslı zorakılıq (GƏZ) haqqında məlumatlılığın artırılmasıdır. BMT-nin Əhali Fondu həyata keçirdiyi “Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində “ASAN Könüllülər” İctimai Birliyi ilə sosial mediyada 2017-ci il 7 iyun tarxindən kampaniyaya start verilmişdi. “ASAN Könüllülər” – dən “Olaylar” – a bildirilib ki,  sözügedən təşkilatların Facebook səhifələrinin izləyiciləri üçün apardığı kampaniya gender əsaslı zorakılığın müxtəlif formaları haqqında geniş yayılmış miflər üzərində qurulub.

Akif Çovdarov məhkəmədə ifadə verir

3 İyul 2017 15:40

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qusarda II Beynəlxalq Tələbə Konfransı keçirilir

3 İyul 2017 15:34

İyulun 3-də Azərbaycan Respublikasının Qusar şəhərində “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı işə başlayıb.

Həkim həkimin üzünü yandırdı

3 İyul 2017 15:32

Son zamanlar ölkədə fırıldaqçılıqla məşğul olan firmaların sayının artması müşahidə olunur. İşə düzəltmə, tibbi müayinə, kosmetik məhsulların satışı, masaj kimi adlarla icazəsiz evlərə daxil olan belə “şirkətlər” əhalini aldatmaqla məşğuldur. Belə firmaların qurbanlarından biri Bakı şəhər sakini Əliyeva Səidə redaksiyamıza müraciət edərək bildirib ki, “VİP STYLE” MMC-nin təklif etdiyi kosmetik vasitələrdən maddi və mənəvi zərər çəkib: “Bir gün telefonuma zəng edərək bildirdilər ki, “VİP STYLE” MMC-dən narahat edirlər və guya mənim telefon nömrəm kupona düşüb, ona görə də məni pulsuz müayinə üçün klinikaya  dəvət edirlər.

İdman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

3 İyul 2017 15:27

Təhsil Nazirliyində ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə,tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, ali təhsil müəssisələrinin idman klublarının nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Yeni Günəşlidə çökmə baş verib

3 İyul 2017 15:16

Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisi, Günəşli yaylasında çökmə (oturma) baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun  verdiyi məlumata görə, Günəşli yaylası çökmə (oturma) sahəsində ərazidən keçən tektonik qırılma xəttinin (Zığ-Qum adası-Makarov bankası) təsirindən dik yamac istiqamətində qruntun oturması, torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.

Polad Bülbüloğlu: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda proses deyil, nəticə vacibdir"

3 İyul 2017 15:15

"1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib". Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.

Məşhur müğənni: "Keçmiş ərim həyasızlıq, dilənçilik edir"

3 İyul 2017 15:11

The Spice Girls qrupunun sabiq solisti, britaniyalı müğənni Melani Braunun artıq sabiq əriStiven Belafonte ilə məhkəmə çəkişməsi davam edir. Milli.Az NBC-yə istinadən bildirir ki, kinoprodüser S.Belafonte 42 yaşlı "Mel Bi"dən alimentlər tələb edir. M.Braun isə bu alimentləri ödəmək istəmir.

Qəzaya düşən müğənni dava saldı - İşə polis qarışdı

3 İyul 2017 15:09

Müğənni Yıldız Tilbe avtomobil qəzasına düşüb. İfaçı qəzaya səbəb olan avtomobilin sürücüsü ilə davaya çıxıb. Mübahisə böyüdüyündən tərəflər hətta bir-birlərini vurublar. 

QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib

3 İyul 2017 14:55

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhədə ziyarəti ilə bağlı bəzi dəyişikliklər edilib. QMİ-dən verilən məlumata görə, birbaşa Məşhəd ziyarəti hələlik təxirə salınıb, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı səfəri həyata keçiriləcək. Səfərlə bağlı sənəd qəbuluna iyulun 20-dən başlanacaq, zəvvarlardan xarici pasport, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunacaq. Avtobusla həyata keçiriləcək səfərin qiyməti 350 ABŞ dollarıdır. Sənədlər QMİ-nin ziyarət şöbəsində qəbul olunur.

YAP üzvlərinin sayı 700 mini keçdi

3 İyul 2017 14:46

Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı artıq 700 min nəfəri ötüb. “OLAYLAR”-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlib. Qurultay ərəfəsində artıq partiya üzvlərinin sayı 450 min nəfərə çatıb. Daha sonra qısa müddət ərzində YAP üzvlərinin sayı 500 min və 600 min nəfərə qədər yüksəlib.

Azərbaycanlı aktyor “Dostluq çələngi” adlı  Beynəlxalq festivalda

3 İyul 2017 14:44

Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan “Olaylar” –a bildirilib ki, dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda Azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın açılış günündə Şövqü Hüseynov Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edib.