Gündəm

Macarıstanla əməkdaşlıq məsələləri müzakirə edilib

3 İyul 2017 16:26

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə Fondda görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açan G.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib. G.Əfəndiyeva Macarıstanda türkologiyanın inkişafını və bu sahədə bir çox elmi araşdırmaların aparılmasını, eləcə də Macarıstanın müşahidəçi dövlət olaraq TürkPA-ya üzv olduğunu qeyd edərək Macarıstan ilə əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.

Lənkəranın 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır 

3 İyul 2017 16:26

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb.

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

3 İyul 2017 16:25

Mərkəzi Bankın öz valyuta ehtiyatları 3 aylıq minimal tələbi ödəməyə kifayət edir. İlk 5 ayın yekunu üzrə Mərkəzi Bankı valyuta ehtiyatlarının həcmi 4825,4 milyon ABŞ dollarına çatıb.Azərbaycan Respublikası Dövlət Neft Fondunun verdiyi məlumatlara görə, 2017- ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33207,2 milyon ABŞ dollarına bərabər olub. Artımı şərtləndirən əsas səbəb ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) nəticəsində mümkün olub.

Deputatlarımız ATƏT PA-nın illik sessiyasına qatılacaqlar

3 İyul 2017 16:23

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar.  Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan sessiyada Daimi komitənin iclası keçiriləcək, sonra isə Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq.

“Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşdi

3 İyul 2017 16:21

“Azərsun Holdinq” və “Bazarstore” tərəfindən həyata keçrilən “Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşib. 21 gün ərzində davam edən kampaniyanın iştirakçıları üçün “Azersun Arena”da son illərin ən sevilən ifaçılarından olan Miri Yusif və Respublikanın əməkdar artisti Röya Ayxanın iştirakı ilə möhtəşəm konsert təşkil edilib. Tədbir zamanı keçirilən lotereya ilə 10 ədəd soyuducu, 10 ədəd kondisioner, 10 ədəd Antalyaya səyahət paketi 1 ədəd Nissan Kicks avtomobili öz sahibini tapıb.

Bakı-Sumqayıt yolunda dəhşəli qəza: Yaralanan var

3 İyul 2017 16:18

Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış KamAZ markalı yük avtomobilinə çırpılıb.

16 yaşlı qız iki nəfəri öldürdü: qətl açıqlaması isə DAHA DƏHŞƏTLİ

3 İyul 2017 16:17

Brenda Ann Spenser 1962-ci ildə Kaliforniya ştatının San Dieqo şəhərində anadan olub. 16 yaşında qətl törədib. Kaliforniyada evində oturarkən birdən evdəki silahı götürərək evinin qarşısından keçən ibtidai məktəb şagirdlərinə atəş açıb.

Düşməni məhv edəcək genişmiqyaslı hücuma 2 GÜN QALDI: Ordu ƏMR GÖZLƏYİR

3 İyul 2017 16:15

Türkiyə PYD/YPG-nin (PKK-nın Suriya qolu - red.) əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam edir. Türkiyənin genişmiqyaslı hücum planını başlamasına sayılı günlərin qaldığını açıqlayıb.

Rusiya kəşfiyyatı və mafiyaya uzanan dörd şəbəkə - Müdafiə nazirinin ŞOK ƏLAQƏLƏRİ

3 İyul 2017 16:13

Polşada müdafiə naziri Antoni Maçereviç Rusiya xüsusi xidmət orqanları və mafiya ilə əlaqələrdə ittiham edilib. Sözügedən ittihamlar yazıçı və jurnalist Tomaş Pontekin “Maçereviç və onun sirri” adlı yeni kitabında yer alıb.

Bakıda qızlar yoxa çıxdı

3 İyul 2017 16:12

Bakıda iki qız itkin düşüb.  Binəqədi rayonu Novxanı qəsəbəsi "Metallurq" sanatoriyasında yaşayan 2000-ci il təvəllüdlü Səlimə İsmayılova (ad şərtidir) 2 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.

Səudiyyə Kralı G20 sammitinə qatılmayacaq - Qətərə görə

3 İyul 2017 16:10

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz "Böyük iyirmiliy"in (G20) sammitində iştirak etməyəcək. Belə qərarın qəbul edilməsinə səbəb bölgədəki Qətər böhranıdır.

"Müəllim imtahana məcburi cəlb edilə bilməz" - Nazirlikdən vacib açıqlama

3 İyul 2017 16:09

Müəllimlərin məcburi imtahan verəcəyi xəbərinə Təhsil Nazirliyindən reaksiya gəlib. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov yayılan xəbərlərə reaksiya verib.

Azərbaycanda söz və fikir azadlığı beynəlxalq standartlar səviyyəsində təmin olunur

3 İyul 2017 16:07

Azərbaycanda söz və fikir azadlığının təmin olunması məqsədilə hər cür şərait yaradılıb. Sözügedən hüquqların həyata keçirilməsi məqsədilə qanunvericilik aktları qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya edilib. Hüquqşünas Alim Hüseynli bildirib ki, hazırda Azərbaycanda öz sözünü deyə bilən, fəaliyyəti beynəlxalq standartlara cavab verən müstəqil mətbuat formalaşıb.

“Sərsəng harayı” kitabı işıq üzü görüb

3 İyul 2017 16:06

AVCİYA-nın növbəti nəşri - “Sərsəng harayı” kitabı işıq üzü görüb. Kitabda AVCİYA-nın 2013-cü ildən etibarən həyata keçirdiyi “Sərsəng harayı” layihəsi ilə bağlı ətraflı məlumat verilir. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun oxuculara müraciəti ilə başlanan kitab üç bölümdən ibarətdir. Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin müəllifi olduğu birinci bölümdə AVCİYA-nın “Sərsəng harayı” layihəsindən geniş bəhs olunur. Bu layihənin beynəlxalq müstəvidə tanıdılması sayəsində 2016-cı ilin yanvarında qəbul edilmiş AŞPA-nın 2085 saylı “Azərbaycanın cəbhəyanı rayonlarının qəsdən sudan məhrum edilməsi” qətnaməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilir.

Nişanlısını öldürən şəxsin məhkəməsi başladı

3 İyul 2017 16:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.