“Sərsəng harayı” kitabı işıq üzü görüb
AVCİYA-nın növbəti nəşri - “Sərsəng harayı” kitabı işıq üzü görüb. Kitabda AVCİYA-nın 2013-cü ildən etibarən həyata keçirdiyi “Sərsəng harayı” layihəsi ilə bağlı ətraflı məlumat verilir. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun oxuculara müraciəti ilə başlanan kitab üç bölümdən ibarətdir. Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin müəllifi olduğu birinci bölümdə AVCİYA-nın “Sərsəng harayı” layihəsindən geniş bəhs olunur. Bu layihənin beynəlxalq müstəvidə tanıdılması sayəsində 2016-cı ilin yanvarında qəbul edilmiş AŞPA-nın 2085 saylı “Azərbaycanın cəbhəyanı rayonlarının qəsdən sudan məhrum edilməsi” qətnaməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilir.
3 İyul 2017 16:06 SosialAVCİYA-nın növbəti nəşri - "Sərsəng harayı" kitabı işıq üzü görüb. Kitabda AVCİYA-nın 2013-cü ildən etibarən həyata keçirdiyi "Sərsəng harayı" layihəsi ilə bağlı ətraflı məlumat verilir. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun oxuculara müraciəti ilə başlanan kitab üç bölümdən ibarətdir. Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin müəllifi olduğu birinci bölümdə AVCİYA-nın "Sərsəng harayı" layihəsindən geniş bəhs olunur. Bu layihənin beynəlxalq müstəvidə tanıdılması sayəsində 2016-cı ilin yanvarında qəbul edilmiş AŞPA-nın 2085 saylı "Azərbaycanın cəbhəyanı rayonlarının qəsdən sudan məhrum edilməsi" qətnaməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilir.
İkinci bölümdə AVCİYA-nın Ağ Ev Administrasiyasına ünvanladığı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiyasına dəstək kampaniyasının bir sıra mərhələləri xronoloji ardıcıllıqla əksini tapıb.
Üçüncü bölümdə AVCİYA-nın Ağ Ev Administrasiyasına ünvanladığı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi ilə bağlı jurnalistlər arasında keçirilən müsabiqənin yekunları öz əksini tapıb.