Gündəm

Türkiyə aviadaşıyıcı kreyser tikəcək

3 İyul 2017 17:04

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək. Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kınalıada" sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib. "2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil", -  Türkiyə prezidenti vurğulayıb.

Azərbaycan milli geyimləri olduğu kimi

3 İyul 2017 17:03

İyulun 14 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, sərgidə Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikasındakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində bərpa olunmuş XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin Muzey tərəfindən müxtəlif illərdə nəşr olunmuş etnoqrafik kitab və kataloqlar təqdim olunur.

“Oyuq”- çular qalib oldu

3 İyul 2017 17:04

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən  “Golden Sparkles European Music Festival"ında iştirak edirlər. Teatrdan “Olaylar” – a bildirilib ki, ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiya fəalları qalib olublar. İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin birincisi seçiliblər. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar milli geyimlər (modelyer Könül Vəlibəyli) və atributlarla qurmuş olduqları səhnəciklə Azərbaycanın xalq mahnısını ifaçılar müsabiqəsində layiqli şəkildə təqdim etməyə müvəffəq olublar.

Azərbaycan ekranında erməni bayrağı

3 İyul 2017 17:03

Yaşlı kişi kanalizasiyaya düşür. Nə qədər çabalasa da, bataqlıqdan çıxa bilmir. Bataqlıq onu yavaş-yavaş aşağı dartır. Kişi qışqırmağa başlayır: "Yanğın, yanğın. Köməyə gəlin, yanırıq".

"ABŞ Türkiyə ilə sərhəddə dövlət yaratmaq istəyir"

3 İyul 2017 17:01

"ABŞ və Avropa İttifaqı PKK, Gülən hərəkatı və İŞİD kimi müxtəlif terror cərəyanlarını açıq şəkildə dəstəkləyir. Bu fəaliyyət Türkiyə üçün açıq-aşkar təhdiddir". Bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Tarantino nişanlandı

3 İyul 2017 17:01

Amerikalı rejissor Kventin Tarantino israilli müğənni Daniela Pik ilə nişanlanıb. “Olaylar” “Gazeta.ru” – ya istinadən bildirir ki, cütlük ilk dəfə 2009 – cu ildə rejissorun filminin reklam çəkilişləri zamanı bir araya gəliblər.. Müğənninin musiqiçi atası Svika Pik də bu birlikdəliyin onların ailəsi üçün xoş xəbər olduğunu açıqlayıb.

Rusiyada II Dünya Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin qəbri tapılıb

3 İyul 2017 16:53

Rusiyada İkinci Dünya Müharibəsi zamanı həlak olmuş azərbaycanlı əsgərin qəbri tapılıb.  Əbdül Heydər oğlu Orucəliyev 1943-cü ildə Krasnodar diyarının Slavyansk rayonunun Neşadimovsk kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub.

Hesablama Palatası nefti ucuzlaşdıracaq amilləri açıqlayıb

3 İyul 2017 16:49

Hesablama Palatası qarşıdakı dövrdə neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb. Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə bildirilib ki, dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) əsas parametrləri formalaşdırıldığı təqdirdə neftin dünya bazarlarında qiymətinin 40 dollar nisbətində götürülməsi qərara alınıb.

Lapşinin anası məhkəmədə ifadə verəcək

3 İyul 2017 16:45

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. 

"Təəssüf ki, Ermənistanla imzalanan protokollar nəticə vermədi" - Abdullah Gül

3 İyul 2017 16:40

Öncə xoş sözlər üçün təşəkkür edirəm. İnşallah, xalq belə düşünür. Azərbaycanlı qardaşlarım da belə düşünür. Təbii ki, prezident demək budur, yəni Türkiyə Cümhuriyyətinin Konstitusiyasında prezident hər kəsi, bütün türkləri təmsil edər. Bilirsiniz, bizdə Konstitusiya referendumla dəyişdirildi. Mən prezident olanda isə prezidentin tərəfsiz olması, partiyasından ayrılması və partiyaların fövqündə olması tələb olunurdu. Partiyalı baş nazir ölkənin gündəlik işlərlə məşğul olurdu. Beləliklə, mən də prezident olanda partiyamdan ayrıldım. Təbii ki, könlümdə partiyamın yeri var idi. Amma cavabdehliyimi heç vaxt unutmadım. Ona görə də bütün partiyalara, hər kəsə qapımı açıq tutdum. Çünki Konstitusiya belə əmr edirdi. Mənim kimi düşünən, düşünməyən, fərqli baxışları olan hər kəsin döyə bildiyi qapı oldu Prezident Sarayı. Bunu gücüm çatdığı qədər etməyə çalışdım. Çox şükür, indi xalqın arasına çıxanda, sizin də söylədiyiniz kimi, hər kəsin sevgisini, məhəbbətini görürəm.

Millət vəkilləri NATO-nun Rouz-Rout seminarında iştirak edəcəklər

3 İyul 2017 16:33

İyulun 3-dən 5-dək  Kiyevdə NATO Parlament Assambleyasının 95-ci Rouz-Rout seminarı keçiriləcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, seminarda Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. Ukrayna Ali Radası ilə birgə keçiriləcək “Təhlükəsiz, sabit Ukraynaya doğru və Qara Dəniz regionu” adlı bu tədbir 6 sessiyadan ibarət olacaq.

Rusiya ilə pensiya təminatı sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılır

3 İyul 2017 16:33

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya təminatı sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığın gələcək inkişafına dair müzakirələrin aparılması məqsədi ilə ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.

Qohumunu bıçaqlayan şəxs tutulub

3 İyul 2017 16:31

Lerik rayonunda qohumlarını bıçaqlayan şəxs saxlanılıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, iyunun 30-da Lerik rayonunun Hamarmeşə kəndində yaşayan Bahadır Nəhmətovun evinin həyətində qohumu Ramil Hüseynov münaqişə zəminində ona və qızı Ülviyyəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. R. Hüseynov Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanıb. Hadisədən sonra qollarına bıçaqla xəsarət yetirdiyindən ona Lerik Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Qadına qarşı soyğunçuluq edən şəxs tutulub

3 İyul 2017 16:29

Oğuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 1-də saat 7 radələrində Binəqədi rayonu S.S Axundov küçəsində naməlum şəxs Beyləqan rayon sakini Şam Rejepova zor tətbiq edərək cibində olanları verməsini tələb edib, səs-küy yarandığından metronun “Azadlıq” stansiyası istiqamətində qaçmağa başlayıb.

"Beş dövrün beş paytaxtı" adlı infotur keçirilir

3 İyul 2017 16:28

Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyulun 2-də nazirliyin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotura start verilib.