Şalva Papuaşvili: "Kağız üzərində namizəd olmaq, kağız üzərində dövlət olmaqdan yaxşıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun "Gürcüstan yalnız kağız üzərində namizəd ölkədir" bəyanatına sərt reaksiya verib. Papuaşvili bildirib ki, kağız üzərində namizəd ölkə olmaq, kağız üzərində dövlətə çevrilməkdən daha yaxşıdır. 

Spikerin sözlərinə görə, əgər Gürcüstan vaxtilə Brüsselin məsləhətlərinə qulaq asıb Rusiya ilə gərginliyi artırsaydı, bu gün ölkə Ukrayna kimi müharibədən dağılmış və ya Moldova kimi ağır iqtisadi böhranla üzləşmiş vəziyyətdə olardı. O vurğulayıb ki, Tbilisi hökumətinin Brüssel qarşısındakı "əsas günahı" onların zərərli məsləhətlərinə əməl etməməsidir və bu müstəqil siyasətin nəticəsində qazanan yalnız Gürcüstan xalqı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31