Gündəm
Yakutiya "yanır" - Fövqəladə vəziyyət elan olundu
Yakutiyada regional xarakterli fövqəladə vəziyyət elan olunub. Bu barədə Saxa Respublikasının (Yakutiya) başçısı Eqor Borisov sərəncam imzalayıb. Sərəncama görə, fövqəladə vəziyyət kəskin xarakter almış meşə yanğınları səbəbindən iyulun 3-dən qüvvəyə minir.
İlham Əliyev: “Qarabağ münaqişəsinin həllində ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik”
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diplomatik əlaqələrimizin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Salyanda eramızdan əvvələ aid tarixi abidələr aşkarlandı
Salyan rayonunun mərkəzindən təxminən 20-25 kilometr aralıda yerləşən Yeni Uluxanlı kəndində tarixi abidələr aşkarlanıb. Həmin kəndin ərazisində 7 Qardaş təpəliklərində adda-budda insan sümükləri tapılsa da, bunun fərqinə varan olmayıb.
Ərdoğan və Putin Hamburqda görüşəcəklər
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin G20 sammiti çərçivəsində görüşəcəklər. Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Ceyhan limanından 1 milyon 429 min 248 ton xam neft ixrac edilib
SOCAR 2017-ci ilin iyun ayında Novorossiysk limanından 159 min 826 ton, Supsa limanından 176 min 139 ton, Ceyhan limanından 1 milyon 429 min 248 ton xam neft ixrac edib. Ümümilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 315 min 184 ton, Ceyhan limanından 8 milyon 126 min 315 ton xam neft ixrac edilib. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Keçən ay 52 min 640 ton dizel yanacağı ixrac edilib
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyun ayında 52 min 640 ton dizel yanacağı, 3 min 479 ton təyyarə yanacağı, 7 min 471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 201 ton maye piroliz qətranı, 5 min 149 ton propilen və 3 min 152 ton butilen butadien fraksiyası ixrac edib.
“İRƏLİ”dən İslam Həmrəylik Oyunlarına həsr olunmuş layihə
"İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.
Qarabağ xalçalarını öz adlarına çıxarmağa çalışan ermənilərə cavab
"Ermənilərə və onların havadarlarına öz real işimizlə cavab vermək üçün bütün imkanlarımız var". Bunu "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov Ermənistanın Tarixi Mühitin və Tarixi-Mədəni Muzey Qoruqların Mühafizəsi Xidmətinin direktoru Ara Tarverdyan və "Karabakh Carpet" şirkətinin rəhbəri Sevak Xaçatryanın Qarabağ xalçalarının erməni xalçaları kimi təbliği və bu xalçalara turistlərin marağını cəlb etmək məqsədilə xüsusi çadır pavilyonlar qurulmasına münasibət bildirərkən deyib.
Bu qarpızları yemək olmaz - RƏSMİ
Mövsüm meyvə, tərəvəz və giləmeyvələri bazar piştaxtalarında yerini alsa da, hələ də, onların bəzilərini almaqla bağlı tərəddüd yaşanır. Alıcıların ən çox tərəddüdü isə qarpızla bağlıdır. Ötən il bir neçə zəhərlənmə faktının qeydə alınması, bu il tərəddüdləri bir az da artırıb. İyulun sonunda keyfiyyətli qarpızın bazarlara çıxacağını deyilir. Bununla yanaşı bazarlara çıxarılan qarpızlar mütəxəssislər tərəfindən yoxlanılır.
Fransada miqrantlara qarşı terror aktı planlaşdıran şəxs saxlanılıb
Miqrantlara qarşı terror aktı törətməyi planlaşdıran və sosial şəbəkələrdə norveçli terrorçu Anders Breyviki tərfiləyən şəxs Fransanın Tarakson şəhərində Buş-dyu-Ron departamentində saxlanılıb.
Ukrayna polisi Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olması xəbərini təkzib edib
"Azərbaycan vətəndaşının iştirakı ilə Odessada atışma olmayıb, bu barədə KİV-də yayılmış məlumat həqiqəti əks etdirmir." Bu barədə Ukrayna bürosuna Odessa patrul polisinin mətbuat xidmətinin rəhbəri Alla Marçenko bildirib.
Nazim Hikmət: “Bəni bəndən yaxşı çıxaran Kamal yoldaşa”...
Bütün ömrünü fotoya həsr edən Kamal Babayevlə tanış olduq. Kamal Babayev Azərbaycan Fotoqraflar Birliyinin, Jurnalistlər Birliyinin üzvüdür. 2014 – cü ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi adına layiq görülüb.
Yayın ən izlənilməli filmləri – Park Cinemada
Park Cinema yayın 7 ən yaxşı film siyahısını təqdim edir. Ekranlarda kult rejissorların ən gözlənilən və səs-küyə səbəb olan filmləri nümayiş olunacaq: Con Uotts, Kristofer Nolan, Benni Bum, Nikolay Arsel, Devid F. Sandberq 1. “Hörümçək adam: Evə qayıdış” 6 iyul 2017-ci il tarixindən etibarən film IMAX 3D, 3D və 2D formatlarında ekranlara çıxacaq.
AXCP sədrinin köməkçisinin məhkəməsində şahid ifadə verib
Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı Həsən Əliyev ifadə verib.











.jpg)


