Gündəm
Almaniyada avtobus yanıb, 18 nəfər ölüb
Almaniyanın cənubunda, Bavariya bölgəsində 18 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib. Bu gün səhər saatlarında Saksoniyadan turistləri daşıyan avtobus yük avtomobili ilə toqquşub və yanıb. Avtobusda 46 sərnişin və iki sürücü olub. 30 nəfər avtobusu tərk edə bilib. Digər 18 nəfər isə avtobusda yanıb. Ölənlərin əksəriyyəti 66-81 yaşlarında qadın və kişilərdir.
Dadlı kabab bişirməyin 9 QAYDASI
Dadlı kabab yemək bir həzzdir. Közdə bişmiş pambıq kimi yumşaq və şirəli ət tikələri... Təəssüf ki, kababı hər kəs düzgün bişirə bilmir. Bəzən isə bişirənlərin çoxu əti öncədən sirkə, ketçup və digər ərzaqlarla marinad edir ki, arzuladığı nəticəni əldə etsin.
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı ekstradisiya olunmasını istəyir
Ermənistanda həbs cəzası çəkən Gürcüstan vətəndaşı, 64 yaşlı Avtandil Martiaşvili vətəninə ekstradisiya olunmasını istəyir. A. Martiaşvili artıq bir ildir İrəvanda həbsxana xəstəxanasında ağır xəstəlikdən müalicə olunur.
2017 Formula 1 Azərbaycan Qran Prisini nə qədər azarkeş izləyib? - Rəsmi açıqlama
Bakıda baş tutan ikinci Formula 1 yarışına ötən ildəkindən 30 % çox tamaşaçı gəlib. Xaricdən gələn avtoidman azarkeşlərinin sayı keçən illə müqayisədə iki dəfə çox olub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində keçirilmiş növbəti Formula 1 yarışı həftəsonuna - 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib.
Yunan kateri Türkiyə yük gəmisinə atəş açıb
Bu gün Egey dənizində Yunanıstan sahil mühafizə xidmətinə aid qayıqdan türk bayrağı ilə üzən yük gəmisinə atəş açılıb. Hadisə Rodos adası yaxınlığında baş verib. Türkiyənin İskəndərun limanından götürdüyü dəmir və poladı İzmitə daşıyan M/V ACT adlı, Türkiyə bayrağı ilə üzən quru yük gəmisi yunan sahil mühafizə kateri tərəfindən atəşə məruz qalıb. Xəbərdarlıq məqsədilə açılan atəş nəticəsində gəminin göyərtəsinə 16 güllə dəyib.
Cocuq Mərcanlıda minatəmizləmə əməliyyatları başa çatıb - YEKUN MƏLUMAT
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatıb.
"Bulaq" restoranındakı atışma ilə bağlı polislər ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Fahriyeni pis vəziyyətə salmamalı idi" - Gəlinlik qalmaqalı
Bu yaxınlarda ailə quran aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcenin toyu ətrafında söz-söhbət bitmək bilmir. Tanınmış modelyer Neslihan Yargıcı Fahriyenin gəlinliyinin aktrisa Neslihan Atagülün gəlinliyinə bənzəməsinə münasibət bildirib.
Bakıda müştəri restoranda 2 min manatlıq hesab ödədi - Qiymətlər niyə bahadır? -
Bu gün hansısa səviyyəli restoranda oturmaq istəyirsənsə, gərək xeyli "tərləyəsən". Çünki şəhərdəki bəzi restoranlarda qiymətlər od tutub yanır. Onlar müştərilərinə fantastik qiymətlər təklif edirlər.
Şikayət yerində araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidməti vəzifələrini yerinə yetirərkən meşəçilərə ağır bədən xəsarətləri yetirilib
1 iyul 2017-ci tarixində gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin Qaz 66 markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.
Dilarə Əliyevanı əsəbiləşdirən sual: "Soruşdu ki, əsl kişi necə olur?"
Əməkdar artist Dilarə Əliyeva çəkildiyi filmlərdən danışıb. Aktrisa filmlərdə yaratdığı obrazların dilindən səslənən kəlmələrin aforizmə çevrildiyini deyib: ""Məhəllə" filmindən sonra hara gedirdim hamı məni "Qüdrətin Məhəbbəti" deyib çağırırdı. Rayonlara gedəndə qadınlar deyirdilər ki, "ay Məhəbbət, Moskvada nə qəşəng yun çırpırdın. Bəziləri Məhəbbətin təbirincə deyirdilər ki, qoy kişi gecə rahat yorğan-döşəkdə yatsın. "Hoqqa" filmində canlandırdığım Qızxanım obrazı da maraqla qarşılandı. Bu yaxınlarda bir tədbirə getmişdim.
Kapital Bankın ödəniş sistemində nə baş verir? - Bankdan cavab
Dövlət İmtahan Mərkəzinin tələbə qəbulu üzrə xidmətlərinə görə ödəniş prosesi normal qaydada gedir. Bu barədə Kapital Bankdan deyiblər. Bildirilib ki, sistemin işində heç bir problem müşahidə olunmur: "Bəzən sistemdə qısamüddətli fasilə ola bilər ki, bu da sistemin işini bir neçə dəqiqə yubada bilər. Ümumilikdə isə heç bir problem qeydə alınmayıb, sistem normal rejimdə işləyir".
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi qaydası təsdiqlənib
Təhsil naziri Mikayıl Cabbarov “Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.
Şamaxıda yol tikintisinə 3,9 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.










.jpg)



