Bakıda müştəri restoranda 2 min manatlıq hesab ödədi - Qiymətlər niyə bahadır? -
Bu gün hansısa səviyyəli restoranda oturmaq istəyirsənsə, gərək xeyli "tərləyəsən". Çünki şəhərdəki bəzi restoranlarda qiymətlər od tutub yanır. Onlar müştərilərinə fantastik qiymətlər təklif edirlər.
3 İyul 2017 18:37 SosialBu gün hansısa səviyyəli restoranda oturmaq istəyirsənsə, gərək xeyli "tərləyəsən". Çünki şəhərdəki bəzi restoranlarda qiymətlər od tutub yanır. Onlar müştərilərinə fantastik qiymətlər təklif edirlər.
Bununla bağlı sosial şəbəkədə araşdrıma apardıq. İstifadəçilər də faktı təsdiqlədi. Bir istifadəçi 2 stəkan çay və 2 dilim torta 200 manatdan çox pul verdiyini, bir neçəsi isə bu cür yerlərə getmədiyini bildirdi.
Bu kimi faktlar çoxdur. Maraqlıdır, restoranların menyu qiymətləri necə tənzimlənir?
Mövzu ilə bağlı metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, bu mexanizm qanunla tənzimlənə bilməz:
"Qiymətlərin formalaşması üçün rəqabətli mühit olmalıdır. Rəqabət olacaqsa, həm xidmətin keyfiyyəti, həm də təklif olunan məhsulların qiyməti aşağı olacaq. Azərbaycanda çox güman ki rəqabətlə bağlı problemlər var deyə, qiymətlərin formalaşmasında müxtəlif rəqəmlər görürük. Əsasən də, şəhərin mərkəzində olan qlamur obrazlı kafelərdə. Sözügedən yerlərdə qiymətlərin yüksək olmasının səbəbi onların həm prestijlərini yüksək saxlaması, həm icarə haqlarının baha olmasıdır. Dediyim kimi, burada qanunvericilik və heç bir nəzarət mexanizmi ola bilməz. Bunu ancaq müştəri müəyyənləşdirir. Heç kim heç bir müştərini bahalı restoranlara getməyə məcbur etmir. Bu tipli xidmət göstərən yerlərin sayının çox olması keyfiyyətin yaxşılaşmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər".