"Bulaq" restoranındakı atışma ilə bağlı polislər ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Səbael rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları ifadə verib. Onlar hadisənin restoranda baş verdiyini və atışma olduğunu təstiqləyiblər.

Proses iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynov və digər 2 nəfər tutulublar.

Xatırladaq ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31