Gürcüstanın Aİ-yə üzvlük prosesi dondurulub: Marta Kos oktyabr hesabatına işarə etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos "Tabula" jurnalistinin sualını cavablandırarkən bildirişdir ki, Gürcüstan hazırda Avropa İttifaqına yalnız kağız üzərində namizəd ölkə hesab olunur. Avrokomissar Gürcüstan xalqının böyük dəstəyinə baxmayaraq, ölkənin Moldova və Ukrayna ilə eyni səviyyədə olmamasından təəssüfünü ifadə edib. 
Marta Kos qeyd edib ki, Gürcüstanla gələcək əməkdaşlığın istiqaməti üzv dövlətlərin qiymətləndirməsindən asılı olacaq və ölkədə cərəyan edən son hadisələr oktyabrın sonunda təqdim olunacaq genişlənmə hesabatında öz əksini tapacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31