YAP-ın siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır-Özəl
11:55 Siyasət"Danılmaz faktdır ki, müstəqil Azərbaycanın qazandığı möhtəşəm uğurlar hakim siyasi qüvvə olan YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. Zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Prezident İlham Əliyevin qurultayda "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" deməsi yalnız partiyanın say tərkibi ilə bağlı deyil. Dövlət başçısının vurğuladığı kimi, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır".
"Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrdə respublikamız ərazi bütövlüyünü təmin etməklə, işğal faktına son qoymaqla uzun illər ərzində müharibə risklərindən ciddi əziyyət çəkən Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə regionda sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inkişaf üçün fundamental zəmin formalaşdırır. O da əlamətdar haldır ki, Yeni Azərbaycan Partiyasının VIII Qqurultayı ilk dəfə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə məqsədyönlü fəaliyyəti cəmiyyətdə partiyamıza böyük nüfuz qazandırıb. İqtidar partiyasının xalq arasında öz nüfuzunu getdikcə yüksəltməsi dünya təcrübəsində az rast gəlinən haldır. Bir sıra ölkələrin təcrübəsindən bəllidir ki, vədlərlə hakimiyyətə gələn partiyalar çox az vaxtdan sonra eniş dövrünə qədəm qoyurlar. Belə hallar iqtidarın yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsidir. Yeni Azərbaycan Partiyasının yarandığı ərəfədə Azərbaycanın düşdüyü ağır vəziyyət də buna nümunədir. AXC-"Müsavat" iqtidarının birillik hakimiyyəti Azərbaycanı tənəzzül girdabına salmışdı. Ölkə vətəndaş qarşıdurmasının astanasında idi. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi. Ölkəni bu fəlakətdən xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə gələn Yeni Azərbaycan Partiyasnın Lideri Heydər Əliyev qurtardı.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, sözün əsil mənasında bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açdı".