"Fahriyeni pis vəziyyətə salmamalı idi" - Gəlinlik qalmaqalı

Bu yaxınlarda ailə quran aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcenin toyu ətrafında söz-söhbət bitmək bilmir. Tanınmış modelyer Neslihan Yargıcı Fahriyenin gəlinliyinin aktrisa Neslihan Atagülün gəlinliyinə bənzəməsinə münasibət bildirib. 

Buna görə o, Evcenin modelyeri Raşit Bağzıbağlını ittiham edib: 

"Fahriyenin gəlinliyini görəndə Neslihanla eyni yerdən kirayə götürdüklərini düşündüm. Eyni gəlinlikdir, heç bir fərqi hiss etmədim. Raşitin keçmişdən heç bir xəbəri yoxdur. Keçmişdə kim hansı paltarı tikib, kim nə geyinib - bunları bilmir. Fahriyeni ən xoş günündə belə bir vəziyyətə salmağa onun haqqı yox idi".  Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31