Lukaşenko: "Terrorizmi yalnız siyasi aktyorların birgə səyləri məğlub edə bilər"-ÖZƏL

Belarus əmindir ki, terrorizmlə yalnız siyasi aktyorlar arasında sıx əməkdaşlıq yolu ilə mübarizə aparmaq olar. Olaylar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun MDB və ŞƏT ölkələrinin səlahiyyətli orqanlarının terrorizmə qarşı mübarizə forumunun iştirakçılarına ünvanladığı təbrikdə bildirilib.
Belarus Təhlükəsizlik Şurasının birinci müavini Aleksandr Neverovski tərəfindən oxunan təbrikdə deyilir: "Belarusun mövqeyi dəyişməz olaraq qalır. Terrorizm yalnız əsas siyasi aktyorlar arasında sıx əməkdaşlıq və dünyanın səlahiyyətli kəşfiyyat xidmətləri tərəfindən əlaqələndirilmiş fəaliyyətlə həll edilə bilən bir problemdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31