Gündəm
Azərbaycanlı alimlər beynəlxalq konfransda
Avstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) “Elm və Texnologiya-2017” adlı konfransı keçirilib. AMEA - dan "Olaylar" - a bildirilib ki, tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri, akademik Fəxrəddin Qədirov və Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov iştirak ediblər.
“Nar bağı” filmi “Karlovy Vary” film festivalında
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın “Karlovy Vary” Beynəlxalq Kino Festivalında təqdim olunub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film, festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" -a bildirilib ki, nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
Rusiyada meşə yanğınları
Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 33,3 min hektar meşə sahəsini məhv edib. Yanğınların söndürülməsinə 1300 canlı qüvvə, 161 ədəd texnika və 7 təyyarə cəlb olunub. Yanğınlardan ən çox Yakutiya və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 13 meşə yanğını söndürülüb. Hazırda Yakutiyada 90, Xabarovsk diyarında 26, Amur vilayətində 12 meşə yanğını davam edir.
İşıqla işə salınan nanomotorlar yaradılıb
ABŞ, İsrail və Xorvatiya mühəndisləri digər konstruksiyalarda olduğu kimi, xüsusi işıq mənbəyi ilə deyil, adi işıq vasitəsilə işə salınan sistem hazırlayıblar. Alimlərin hissəcikləri hərəkətə gətirməyə və ya onları fırlanmağa məcbur etməyə çalışdıqları tədqiqatların əksər hissəsi lazer şüaları və xüsusi avadanlıq tələb edir ki, bu da onların tətbiqetmə imkanlarını xeyli məhdudlaşdırır.
Dubay küçələrində robot patrullar keşik çəkəcək
Bu ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərinin küçələrində sürücüsüz hərəkət edən polis avtomobilləri keşik çəkəcək. 360 dərəcəlik baxış bucağına malik kamera ilə təchiz edilmiş sözügedən polis avtomobilləri qanun pozuntularını aşkar edə, şübhəli və axtarışda olan şəxsləri müəyyənləşdirə biləcək.
Dünyanın ən “ağıllı” şirkətlərinin reytinqi dərc olunub
“MIT Technology Review” nəşri dünyanın ən “ağıllı” - fəaliyyətində innovativ texnologiyaları və biznesin aparılması üzrə effektiv modeli daha yaxşı birləşdirən şirkətlərin reytinqini dərc edib.
Minlərlə “Windows” istifadəçisi üçün “Skype” servisi əlçatmaz olub
“Microsoft” şirkətinin nümayəndəsi cari ilin iyun ayının əvvəlində məlumat vermişdi ki, “Skype” internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində sözügedən xidmət “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa messencerlərlə rəqabət apara biləcək. Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə sözügedən servisin dəstəyinin dayandırılması haqda məlumat vermişdilər.
Hamilə qadınlara xəbərdarlıq: Saçqurudan və tozsorandan istifadə etməyin!
Amerika alimlərinə görə, qadınların hamiləlik dövründə elektrik cihazlardan, məsələn, saçqurudan, tozsoran, mikrodalğalı sobalardan istifadə etməsi uşaqlarda astma riskini artırır. Həkimlər ana olmağa hazırlaşan 800 qadını müşahidə ediblər. Onlar, həm də qadınlar olan yerin elektromaqnit sahəsinin gücünü hasablayıblar.
Emosiyalar stressə davamlılığı artırır...
Biz çox vaxt dostlarımızdan, həkimlərdən və hətta ekspertlərdən eşidirik ki, mənfi emosiyaları içində saxlamaq olmaz, orqanizm boşalmalıdır və hər şeyi içindən bayıra atmaq lazımdır. Bərkdən söymək, qışqırmaq, kiminləsə vuruşmaq, o zaman mütləq içimiz rahatlaşacaq və biz stress keçirməyəcəyik.
Telefonla çox danışmaq stressə və baş gicəllənməsinə səbəb olur
Xalq arasında baş gicəllənməsi olaraq bilinən vertigonun, hər yaş qrupunda görülə biləcəyi deyilir. Mövsümi xüsusiyyətlər baxımından bu narahatlılıq yatarkən sağa sola dönüldüyündə, hərəkət edildiyində və ya başın oynadılması vəziyyətində ürək bulanması yarada bilər.
Bu zərərli qidaları yesəniz, yuxunuz "zəhərə" dönəcək...
10 ədəd yüksək kalorili və zərərli qidaların siyahısı, şübhəsiz maraq doğurur. Rusiya mətbuatının təqdim etdiyi həmin siyahıdakı qidaları yuxudan əvvəl yemək qətiyyən məsləhət görülmür.
Ətir, parfum və spreyin bir-birindən FƏRQİ
Çoxları düşünür ki, ətir, parfum və odekolon arasında fərq yalnız onun şüşəsi və qiymət miqdarındadır. Əslində bu adlar onlara aromatik fərq müxtəlifliyinə, yağ konsentrasiyasına, tərkibində nə qədər spirt və su olmasına görə verilir.
Uşaq tərbiyəsi ilə bağlı fransızların 12 QIZIL QAYDASI
Yəqin ki, dünyanın ən çətin peşəsi uşaq tərbiyə etməkdir. Xüsusən də, bizim cəmiyyətimizdə. Ətrafdakıların müdaxiləsi, irad və təkliflər, bəzən də, yersiz müdaxilələr gənc valideynləri çıxılmaz vəziyyətə salır.
Elza Seyidcahan iş adamına ərə gedir? - "Nə olacağını gələcək göstərər"
Son günlər mətbuatda yer alan xəbərlərə görə, əməkdar artist, bəstəkar Elza Seyidcahana bir iş adamı evlənmə təklifi edib. O da bildirilir ki, həmin iş adamı müğənninin şeirlərini və özünü bəyəndiyi üçün bu təklifi edib.
Çərçivəsiz “Sharp” smartfonları bazarda rəqabət aparacaq
Yaponiyanın “Sharp” şirkəti iyulun 17-də maraqlı dizayna malik iki yeni smartfonun təqdimatını keçirəcək. İki vertikal kameralı qurğuların ekranının kənarları tam çərçivəsiz olacaq.














