“Nar bağı” filmi “Karlovy Vary” film festivalında

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın “Karlovy Vary” Beynəlxalq Kino Festivalında təqdim olunub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film, festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" -a bildirilib ki, nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

İlqar Nəcəfin "Nar bağı" bədii filmi Çexiyanın "Karlovy Vary" Beynəlxalq Kino Festivalında təqdim olunub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkətinin birgə istehsalı olan film, festivalın "Qərbin Şərqi" müsabiqə proqramında nümayiş olunub.

"Azərbaycanfilm" kinostudiyasından "Olaylar" -a bildirilib ki, nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Yeni ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31