Rusiyada meşə yanğınları

 Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 33,3 min hektar meşə sahəsini məhv edib. Yanğınların söndürülməsinə 1300 canlı qüvvə, 161 ədəd texnika və 7 təyyarə cəlb olunub. Yanğınlardan ən çox Yakutiya və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 13 meşə yanğını söndürülüb. Hazırda Yakutiyada 90, Xabarovsk diyarında 26, Amur vilayətində 12 meşə yanğını davam edir. 

Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 33,3 min hektar meşə sahəsini məhv edib. Yanğınların söndürülməsinə 1300 canlı qüvvə, 161 ədəd texnika və 7 təyyarə cəlb olunub.

Yanğınlardan ən çox Yakutiya və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 13 meşə yanğını söndürülüb. Hazırda Yakutiyada 90, Xabarovsk diyarında 26, Amur vilayətində 12 meşə yanğını davam edir. 

Qeyd edək ki, ötən gün Rusiya ərazisində 142 meşə yanğını qeydə alınıb. Onlardan 32-i yeni yanğın ocaqlarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31