Elza Seyidcahan iş adamına ərə gedir? - "Nə olacağını gələcək göstərər"

Son günlər mətbuatda yer alan xəbərlərə görə, əməkdar artist, bəstəkar Elza Seyidcahana bir iş adamı evlənmə təklifi edib. O da bildirilir ki, həmin iş adamı müğənninin şeirlərini və özünü bəyəndiyi üçün bu təklifi edib.

Son günlər mətbuatda yer alan xəbərlərə görə, əməkdar artist, bəstəkar Elza Seyidcahana bir iş adamı evlənmə təklifi edib. O da bildirilir ki, həmin iş adamı müğənninin şeirlərini və özünü bəyəndiyi üçün bu təklifi edib. Elza Seyidcahanın fikirlərini öyrəndik. Sənətçi bu xəbərin yalan olduğunu deyib: "Mənim şeirlərimi çoxları bəyənir. Amma yazılan bu xəbərlər tamamilə yanlışdır. Bilmirəm, şəxsi həyatımla bağlı bu şayiələri yaymaq kimin nəyinə lazımdır? Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm və bununla gündəmə gəlmək istəmirəm".
 
Belə bir hadisə olarsa, əvvəlcə özünün bu barədə məlumat verəcəyini vurğulayan əməkdar artist bunun qəbahətli və gizlədiləcək bir hal olmadığını dilə gətirdi: "Mən heç vaxt elə iş tutmamışam ki, gizlədim. Həmişə sənətimlə, yaradıcılığımla məşğul olmuşam. Övladımın toyunda da qapılarım hər kəsin üzünə açıq idi.

Əlbəttə ki, hər bir qadın xoşbəxt olmağa layiqdir.

Bu həyatda heç kəs, heç nədən sığortalanmayıb. Mən həyatımdan, sənətimdən, pərəstişkarlarımdan məmnunam. Gözəl övladlarım, nəvəm var. Amma bir də görərsən, planlaşdırmadığım şəkildə Allah həyatımı elə dəyişdi ki... Əlbəttə, haqqımda yazılanlar şayiədir, amma yenə deyirəm, qismət Allahın əlindədir. Həyat davam edir və nə olacağını gələcək göstərər". Ailem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31