Gündəm

Məcburi köçkünlərin binasında yanğın baş verib

4 İyul 2017 11:35

Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi, A. Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 m2 olan otağın və eyvanının yanar konstruksiyaları, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 m2 sahədə əriyib.

FHN  dəhşətli qəza ilə bağlı məlumat yayıb

4 İyul 2017 11:34

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Ələt-Astara yolunun 24-cü kilometrliyində “KamAZ” markalı yük avtomobilinin yol kənarında dayanmış digər “KamAZ” markalı yük avtmobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:00-da başa çatıb.

İnşaat Universitetinin tələbəsi döyülərək qətlə yetirilib

4 İyul 2017 11:32

İyulun 3-də gecə saatlarında Memarlıq və İnşaat Universitetinin tələbəsi Mehtiyev Samir Azi oğlu naməlum şəxslər tərəfindən döyülərək qətlə yetirilib. “OLAYLAR” -ın xəbərinə görə, Nəsimi rayonu ərazisində ağır vəziyyətdə tapılan Samiri təcili "Semaşka" xəstəxanasına çatdırsalar da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Pirşağı körpüsündə təmir işləri aparılacaq

4 İyul 2017 11:31

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə iyulun 5-i səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Əməkdar artist vəfat etdi

4 İyul 2017 11:29

Bu barədə  Telman Əliyevin tələbəsi Eleanora Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib. Əməkdar artist Gəncə Dövlət Dram Teatrını və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.

Məşhur modeli işgəncə verərək öldürdülər

4 İyul 2017 11:27

İraqın kişi gözəllik yarışmasının ən iddialı namizədi, Bağdadlı model Karar Nuşi bıçaqlanaraq öldürülüb.  Karar Nuşi dar geyindiyi üçün və saç stili səbəbi mühafizəkar dairələrin hədəfinə çevrilib. İki gün əvvəl yoxa çıxan Nuşinin cəsədi polis tərəfindən Bağdadın şimalında yerləşən bir küçədə aşkar edilib.

"Qalan mənzillər yataqxanada yaşamayan alimlərə veriləcək"

4 İyul 2017 11:24

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi məsələsinə dair yeni açıqlama verib.

Futbolçu özü açıqladı: Tezliklə "Qarabağ"da

4 İyul 2017 11:22

"Qarabağ"ın yeni transferi Yakub Rjejniçak transferi ilə bağlı açıqlama verib. Müdafiəçi İnstaqram səhifəsində paylaşdığı foto ilə keçmiş komandası "Legiya" ilə vidalaşıb. O, "Legiya" ilə "Radomiak Radom" arasındakı yoxlama matçında çəkilmiş foto yayımlayaraq şəklin altında "Son oyun, son qol, son məşq... tezliklə "Qarabağ"da" yazıb. Polşalı müdafiəçinin tezliklə "Qarabağ"a qoşulacağı və ağdamlılarla 2 illik müqaviləyə imza atacağı haqqında xəbər vermişdik.

Donnarummanın taleyinə aydınlıq gəldi: 100 milyon

4 İyul 2017 11:21

Canluici Donnarumma nəhayət gələcəyi haqqında qərar verib. Gənc qapıçı "Milan"da qalacaq. Bu barədə xəbəri "SKY Sports"un müxbiri Canluki Di Marzio verib. İtaliyalı jurnalist bildirib ki, artıq yeni müqavilənin bütüm detalları razılaşdırılıb. Sadəcə, rəsmi imza qalıb.

ATƏT PA-nın nümayəndəsi Azərbaycan və Ermənistanın diplomatları ilə görüşüb

4 İyul 2017 11:18

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Kristian Viqenin (Bolqarıstan) iyunun 3-ü Venada Cənubi Qafqazda olan vəziyyətə, həmçinin, Dağlıq Qarabağa ərtafında danışıqlara həsr olunmuç bir sıra görüşlər keçirib.

Silahlı toqquşma: 13 ölü, 20 yaralı

4 İyul 2017 11:16

Pakistanda iki silahlı qruplaşma arasında baş verən toqquşma nəticəsində ən azı 13 nəfər ölüb, 20-dən çox insan yaralanıb. İnsident Sind vilayətinin Şikarpur şəhərində baş verib. Ölənlər arasında iki qadının və 8 yaşlı qızın olduğu bildirilir. Qarşıdurmaya səbəb isə iki qrup arasında torpaq mübahisəsi olub.

Rusiyanın tanınmış jurnalisti Aleksandr Proxanov Bakı səfəri ilə bağlı məqalə yazıb

4 İyul 2017 11:14

Rusiyanın tanınmış ictimai xadimi, yazıçı-jurnalist Aleksandr Proxanov Bakıya səfəri ilə bağlı baş redaktoru olduğu "Zavtra" qəzetində məqalə yazıb. “Bakı-həyat ağacı. Yeni Azərbaycan sivilizasiyası bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur” başlıqlı məqaləni təqdim edirik.

Qubada 4 gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb

4 İyul 2017 11:11

Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb. Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.

Hadisə layihədən uzaqlaşdırıldı

4 İyul 2017 10:54

 “O səs Türkiyə” layihəsində  keçən mövsüm birincilik əldə edən  Hadisə yarışmadan uzaqlaşdırıldı. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, layihənin rəhbəri Acun Ilıcalı Murad Boz  xaric, yarışmanın bütün münsif heyyətində dəyişiklik edəcək. Hadisəni bu sezon “O ses Türkiyə” – də Yıldız Tilbənin əvəz edəcəyi deyilir.

Teatr sauna ilə əvəz olunacaq

4 İyul 2017 10:51

Adilə Naşit, Gönül Ülkü, Qazanfer Özcan və digərlərinin çıxış etdiyi İstanbul Şişli Teatrının fəaliyyəti dayandırılıb. 45 illik fəaliyyəti olan teatrı 10 ildən artıqdır ki, Ali Poyrazoğlu idarə edir. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, satıldığı deyilən teatrın yeni sahibi məkanı anbar və ya sauna mərkəzi kimi işlədəcəyini bildirib. Buna etiraz edən Ali Poyrazoğlu “ Teatr bizim evimizdi. İndi biz evsiz qaldıq... Məkanın yeni sahibi kimi tanıdığımız Ali Altınman mart ayından bizə təzyiqlərə edərək teatrdan çıxmamızı tələb edirdi. May ayından teatr boşadılıb. ”... deyə, bildirib.