Donnarummanın taleyinə aydınlıq gəldi: 100 milyon

Canluici Donnarumma nəhayət gələcəyi haqqında qərar verib. Gənc qapıçı "Milan"da qalacaq. Bu barədə xəbəri "SKY Sports"un müxbiri Canluki Di Marzio verib. İtaliyalı jurnalist bildirib ki, artıq yeni müqavilənin bütüm detalları razılaşdırılıb. Sadəcə, rəsmi imza qalıb.

Anlaşmaya görə, tərəflər arasında yeni - 5 illik müqavilə imzalanacaq. Donnarumma illik 6 milyon avro qazanacaq. Maraqlıdır ki, "Milan" futbolçuya sərbəst qalmaq üçün məbləğ təyin edib - 100 milyon avro. Əgər komanda Çempionlar Liqasında çıxış edə bilməsə, bu məbləğ 50 milyona bərabər olacaq.
 
Qeyd edək ki, gənc qapıçı üçün PSJ illik 13 milyon avro kimi cəlbedici təklif hazırlasa da, Donnarumma bundan imtina edib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31