Futbolçu özü açıqladı: Tezliklə "Qarabağ"da

"Qarabağ"ın yeni transferi Yakub Rjejniçak transferi ilə bağlı açıqlama verib. Müdafiəçi İnstaqram səhifəsində paylaşdığı foto ilə keçmiş komandası "Legiya" ilə vidalaşıb. O, "Legiya" ilə "Radomiak Radom" arasındakı yoxlama matçında çəkilmiş foto yayımlayaraq şəklin altında "Son oyun, son qol, son məşq... tezliklə "Qarabağ"da" yazıb. Polşalı müdafiəçinin tezliklə "Qarabağ"a qoşulacağı və ağdamlılarla 2 illik müqaviləyə imza atacağı haqqında xəbər vermişdik.

"Qarabağ"ın yeni transferi Yakub Rjejniçak transferi ilə bağlı açıqlama verib. Müdafiəçi İnstaqram səhifəsində paylaşdığı foto ilə keçmiş komandası "Legiya" ilə vidalaşıb. O, "Legiya" ilə "Radomiak Radom" arasındakı yoxlama matçında çəkilmiş foto yayımlayaraq şəklin altında "Son oyun, son qol, son məşq... tezliklə "Qarabağ"da" yazıb.
Polşalı müdafiəçinin tezliklə "Qarabağ"a qoşulacağı və ağdamlılarla 2 illik müqaviləyə imza atacağı haqqında xəbər vermişdik.
 
Qeyd edək ki, iyunun 30-da baş tutan matçı varşavalılar 2:0 hesabı ilə qazanmış, qollardan birinə isə Rjejniçak imza atmışdı. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31