Gündəm

Direktor  vəzifəsindən azad edildi

4 İyul 2017 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Olaylar” -a verilən məlumata görə, nazirliyin Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşədə həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Həmçinin yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Baş Prokurorluğuna göndərilib.  Qanunsuz ağac kəsilməsi faktı üzrə Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.     

Bakı-Sumqayıt yolundakı DƏHŞƏTLİ QƏZANIN görüntüləri yayıldı - VİDEO (18+)

4 İyul 2017 12:17

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Yolun 11-ci kilometrliyində - Abşeron rayonu ərazisində "Toyota Prado" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Bu zaman yük avtomobilinin arxasında dayanmış 1991-ci il təvəllüdlü Faiq Bədəlov arxaya hərəkət edən nəqliyyat vasitəsinin altında qalıb. O, hadisə yerində vəfat edib.

Çində fəlakət: 8 ölü, 9 itkin var

4 İyul 2017 12:12

Kəskin yağışlar Çində fəlakətə səbəb olub. Çinin Quanqşi Cuang bölgəsində kəskin yağışlar və sel basqınları nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb, 9 nəfər itkin düşüb. 38 000 zərərçəkən bölgədən təxliyə edilib.

Suriya Demokratik Qüvvələri İŞİD-in qədim Rakkadakı müdafiə mövqelərini yarıb

4 İyul 2017 12:09

Suriyada kürd və ərəb döyüşçülərdən ibarət "SuriyaDemokratik Qüvvələri" İŞİD terror təşkilatının Rakka şəhərinin tarixi hissəsindəki müdafiə mövqelərini yarıb. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan fəal dəstəyi sayəsində terrorçuların mövqelərini yarmaq mümkün olub. Koalisiya təyyarələri qədim Rafik divarlarına 2 aviazərbə endirib. Bu isə SDQ-nin İŞİD mövqelərinə hücumuna əlverişli imkan yaradıb.

Ermənistanda ZƏLZƏLƏ - 5 bal gücündə

4 İyul 2017 12:06

Ermənistanın Gümrü şəhəri yaxınlığında Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar nəticəsində hər hansı dağıntı və təlafat olub-olmamsı barədə hələ məlumat verilməyib.

İranın rəsmi qurumları fəaliyyətini dayandırdı

4 İyul 2017 12:03

İranın Tacikistandakı səfirliyi ölkənin ikinci böyük şəhəri olan Hodcəntdəki bütün rəsmi qurumlarını  bağlayıb.Şəhərin mərkəzində yerləşən səfirliyin Ticarət Təmsilçiliyi və Mədəniyyət Təmsilçilyinin fəaliyyəti də dayandırılıb. Məlumata görə, idarələrin fəaliyyətinə Tacikistan hökümətinin tələbi ilə son qoyulub.

Rəqsanə mahnısını oğurlayan ERMƏNİLƏRİ YIXIB-SÜRÜDÜ: “Dığalar, cındırlar, sizi...” - VİDEO

4 İyul 2017 12:01

Müğənni Rəqsanə ermənilərin onun 2009-cu ildə ifa etdiyi “İnanımmı” mahnısını oğurlamasına hiddətlənib. İfaçı onun mahnısını oğurlanması ilə bağlı bunları deyib: “Kökünüz kəsilsin, nə abırsızsınız.

Suriya danışıqları başlandı: Ölkə bölünür

4 İyul 2017 11:58

Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası başlanıb. İclasda müzakirə olunacaq əsas məsələ təhlükəsiz zonalarının sərhədlərinin uyğunlaşdırılmasıdır.

Putinə qarşı əsas “kozır”: İki gün sonra Rusiya üçün dəhşətli layihə elan ediləcək

4 İyul 2017 11:56

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasi alət kimi Avropaya mayeləşdirilmiş qaz çatdırmasından istifadə edir. Ağ Evdə qeyd edirlər ki, son illərdə Moskva qış aylarında qonşu ölkələrlə qiymət mübahisələri zamanı qazın çatdırılmasını dayandırıb. Trampın energetika ehtiyacına görə “Rusiyanın əsarətində” qalan müttəfiqlərə kömək etmək istədiyi bildirilir.

Azercell Karyera Sərgisində iştirak etdi

4 İyul 2017 11:51

Bakı Biznes Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün "Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. Azercell Telekom növbəti dəfə tələbə və məzunların inkişafında və gələcək karyeralarında dəstək olmaq üçün bu karyera yarmarkasında iştirak edib. Tədbirdə 3 dövlət və Azercell daxil omaqla 44 özəl sektora aid 47 müəssisə tərəfindən 200 boş (vakant) iş yeri təqdim olunub.

Venesuelada keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb

4 İyul 2017 11:48

Venesuelada son 3 aydan artıq müddətdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb.  Bu barədə "El Nacional" qəzetinin elektron versiyası xüsusi hesabatlara əsasən məlumat yayıb. Ölkənin Baş Prokurorluğunun məlumatında isə vurğulanır ki, aprelin 1-dən davam edən etiraz aksiyalarında 84 nəfər zorakılığın qurbanı olub. Habelə 1,4 mindən artıq insan xəsarət alıb. Müxalifət nemayəndələri isə bildirirlər ki, aksiyalar zamanı 15 min nəfər xəsarət alıb. Ölkənin qeyri-hökumət təşkilatı "Venesuelanın cinayət forumu" 3,55 min nəfərin saxlanıldığını xəbər verib. Onlardan 1,1 min nəfəri hələ də həbsdədir.

Vəzifəli şəxsləri döyən ata və iki oğlu həbs olundu

4 İyul 2017 11:46

Lerikdə meşəçilərə ağır bədən xəsarətləri yetirən ata və iki oğlu tutulub. Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Yüksək vəzifəli məmur bütün çimərliyi bağlatdırıb ailəsi ilə dincəldi - ABŞ-da 

4 İyul 2017 11:44

ABŞ-ın Nyu-Cersi ştatında yüksək vəzifəli məmur, ştat qubernatoru ailəsi ilə birlikdə dənizdə istirahət etmək üçün bütün çimərliyi bağlatdırıb. Qubernator Kris Kristayın ailəsi ilə çimərlik keyfinin görüntüləri sosial mediada yayıldıqdan sonar ştat sakinlərinin qəzəbinə səbəb olub. KİV-də də qubernator sərt tənqid edilib. Parkların bərbad vəziyyətdə olduğunu diqqətə çatdıran media qubernatorun bu cür istirahət etməsinin nə dərəcədə ədalətli olduğunu sual edir.

Çalhanoğlunun "Milan"a keçidi rəsmiləşdi

4 İyul 2017 11:39

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun "Milan"a keçidi rəsmiləşib. 23 yaşlı yarımmüdafiəçi 2021-ci ilə kimi A Seriyası təmsilçisinin uğurları üçün çalışacaq. Futbolçunun yeni iş yerindəki illik qazancı isə 2,5 milyon avro olacaq.

Şok kadrlar: kənddə əlil qadını vəhşicəsinə döyüb öldürdülər - VİDEO

4 İyul 2017 11:38

42 yaşlı Otera Bibi qonşu Mitipur-Panaqah kəndə yollanmışdı. Hava həddən ziyadə isti olduğundan əlil qadın evlərdən birinin həyətinə girərək su istəyib. Bu zaman o həyətdə oynayan 10 yaşlı qızla danışmağa başlayıb. Qızın anası bunu görəndə qışqırıb, "Bu qadın uşağımı oğurlamaq istəyir! Uşaq oğrusu bu qadındır" deyib.