Yüksək vəzifəli məmur bütün çimərliyi bağlatdırıb ailəsi ilə dincəldi - ABŞ-da
ABŞ-ın Nyu-Cersi ştatında yüksək vəzifəli məmur, ştat qubernatoru ailəsi ilə birlikdə dənizdə istirahət etmək üçün bütün çimərliyi bağlatdırıb. Qubernator Kris Kristayın ailəsi ilə çimərlik keyfinin görüntüləri sosial mediada yayıldıqdan sonar ştat sakinlərinin qəzəbinə səbəb olub. KİV-də də qubernator sərt tənqid edilib. Parkların bərbad vəziyyətdə olduğunu diqqətə çatdıran media qubernatorun bu cür istirahət etməsinin nə dərəcədə ədalətli olduğunu sual edir.
4 İyul 2017 11:44 DünyaABŞ-ın Nyu-Cersi ştatında yüksək vəzifəli məmur, ştat qubernatoru ailəsi ilə birlikdə dənizdə istirahət etmək üçün bütün çimərliyi bağlatdırıb. Qubernator Kris Kristayın ailəsi ilə çimərlik keyfinin görüntüləri sosial mediada yayıldıqdan sonar ştat sakinlərinin qəzəbinə səbəb olub. KİV-də də qubernator sərt tənqid edilib. Parkların bərbad vəziyyətdə olduğunu diqqətə çatdıran media qubernatorun bu cür istirahət etməsinin nə dərəcədə ədalətli olduğunu sual edir.
Kris Kristay məsələ ilə bağlı açıqlama verib. "Siz də qubernator olun, siz də belə edin", - deyə amerikalı yüksək vəzifəli məmur bildirib. Baku.ws