İranın rəsmi qurumları fəaliyyətini dayandırdı
İranın Tacikistandakı səfirliyi ölkənin ikinci böyük şəhəri olan Hodcəntdəki bütün rəsmi qurumlarını bağlayıb.Şəhərin mərkəzində yerləşən səfirliyin Ticarət Təmsilçiliyi və Mədəniyyət Təmsilçilyinin fəaliyyəti də dayandırılıb. Məlumata görə, idarələrin fəaliyyətinə Tacikistan hökümətinin tələbi ilə son qoyulub.
4 İyul 2017 12:03 Dünyaİranın Tacikistandakı səfirliyi ölkənin ikinci böyük şəhəri olan Hodcəntdəki bütün rəsmi qurumlarını bağlayıb.Şəhərin mərkəzində yerləşən səfirliyin Ticarət Təmsilçiliyi və Mədəniyyət Təmsilçilyinin fəaliyyəti də dayandırılıb. Məlumata görə, idarələrin fəaliyyətinə Tacikistan hökümətinin tələbi ilə son qoyulub.
Qeyd edək ki, Tacikistanda ötən ilin dekabr ayında İmam Xomeyni Fonduna aid olan İmdad xeyriyyə təşkilatının fəaliyyəti ölkə rəhbərliyinin tələbi ilə dayandırılmışdı. Az sonra isə "TOJİRON" traktor və kənd təsərrufatı avadanlığı istehsal müəssisəsi ölkə qanunlarını pozduğu iddiası ilə ləğv edilmişdi. Bir neçə ay əvvəl isə Tacikistan təktərəfli olaraq İranla imzalanan sadələşdirilmiş viza müqaviləsini ləğv etdi. Mütəxəssislərin fikrinə görə iki ölkə arasındaki münasibətlərin soyuqlaşmasının əsas səbəblərindən biri kimi İranın məxfi olaraq tacik dini müxalifətinə və müxalifət lideri Muhiddin Kəbiriyiə dəstək verməsidi.