Suriya Demokratik Qüvvələri İŞİD-in qədim Rakkadakı müdafiə mövqelərini yarıb
Suriyada kürd və ərəb döyüşçülərdən ibarət "SuriyaDemokratik Qüvvələri" İŞİD terror təşkilatının Rakka şəhərinin tarixi hissəsindəki müdafiə mövqelərini yarıb. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan fəal dəstəyi sayəsində terrorçuların mövqelərini yarmaq mümkün olub. Koalisiya təyyarələri qədim Rafik divarlarına 2 aviazərbə endirib. Bu isə SDQ-nin İŞİD mövqelərinə hücumuna əlverişli imkan yaradıb.
4 İyul 2017 12:09 DünyaSuriyada kürd və ərəb döyüşçülərdən ibarət "Suriya Demokratik Qüvvələri" İŞİD terror təşkilatının Rakka şəhərinin tarixi hissəsindəki müdafiə mövqelərini yarıb. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan fəal dəstəyi sayəsində terrorçuların mövqelərini yarmaq mümkün olub. Koalisiya təyyarələri qədim Rafik divarlarına 2 aviazərbə endirib. Bu isə SDQ-nin İŞİD mövqelərinə hücumuna əlverişli imkan yaradıb.
Qeyd edək ki, İŞİD-in qeyri-rəsmi paytaxtı olan Rakkanın azad edilməsi uğurunda döyüşlər iyundan aparılır. APA-nın "Reuters"ə istinadən xəbər verir.