Gündəm
Uşağın xaricə səfərinə razılığın verilməməsi necə aradan qaldırıla bilər?
Artıq yay mövsümünə qədəm qoymaqdayıq. Bir qayda olaraq bu fəsil turizm sahəsində ən cəlbedici və səmərəli ay hesab edildiyindən çoxları istirahətlərini Azərbaycandan kənarda keçirməyə üstünıük verirlər. Kimi təklikdə, kimi isə öz ailəsi, uşaqları ilə yaxın və uzaq ölkələrə üz tutur, istirahətinin səmərəli keçirilməsinə çalışır. Ancaq bəzi hallarda səfər zamanı ciddi problemlər çıxır ki, bu da daha çox ailələrdə baş verir.
Təminatlı krediti çıxış yolu hesab etmək olarmı?
Hazırda dünyada yaşanan qlobal problemlərdən biri də kredit borcları ilə bağlıdır. Kredit öhdəliyi dünya ölkələrində elə cənginə alıb ki, artıq dövlətin dövlətə, bankın banka, insanların bir-birinə kredit borcu yaranıb. Bəs, yaranmış problemin aradan qaldırılması yolları varmı? Necə etmək olar ki, bəşəriyyət kredit borcundan yaxa qurtara bilsin?
İnsanların məhkəmələrə inamı artıb
Ölkədə bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir. İnsan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam olunur. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir.
Qeyri-etik reklamlar küçə və xiyabanları zəbt edib
Azərbaycanda “Reklam haqqında” qanunun dəfələrlə dəyişdirilməısinə baxmayaraq hələ də mövcud problemləri tamamilə aradan qaldırmaq mümkün olmayıb. Xüsusən, sosial reklamlarla bağlı yaranan neqativ hallar cəmiyyətdə birmənalı qarşılanmır. Düzdür, sözügedən qanunun yeni variantında sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib, ancaq onun icrasında sadlanan prinsiplərə yetərincə riayət olunmur. Halbuki hazırda sosial reklamlar cəmiyyət həyatında mühüm rol oynayır.
Cəmiyyətdə təfriqə yaratmağa yönəlik fikirlərə yol vermək olmaz
Müntəzəm olaraq cəmiyyətin tanınmış simaları, ictimai-siyasi xadimləri, hətta onların övladlarının bilərəkdən, yaxud bilməyərəkdən səsləndirdiyi müəyyən ifadələr, fikirlər ictimaiyyət arasında haqlı narazılığa səbəb olur, etirazlar doğurur. Təəssüfedici hal isə ondan ibarətdir ki, getdikcə bu mənfi tendensiya azalmaq əvəzinə, artır.
2 yaşa qədər uşaqları dənizə salmayın - XƏBƏRDARLIQ
Dəniz mövsümü başlandı. Yayda uşaqların ən çox əyləndiyi, amma bir o qədər də zərər gördüyü yer dəniz və ya hovuzlardır.
Politoloq: “Azərbaycana turist axınının bir çox səbəbi var”
“Azərbaycana turist axınının bir çox səbəbi var. Əvvəla turizm sahəsində aparılan düzgün siyasətdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və sərəncamları aidiyyatı qurumlar tərəfindən düzgün formada icra olunur.
Mərkəz sədri: “Rusiyadakı ermənilər Qarabağ məsələsində ciddi uğur qazana bilməyəcəklər”
“Dağlıq Qarabağ tənzimlənməsində RF-in birtətərəfli mövqeyinin bünövrəsi Sergey Lavrov, D.Peskov və s. yüksəkçinli rəsmilərin Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyində iştirakdan başladı. Həmin tədbirdə A.Abramyan Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanı da çağırmışdı”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Günün isti saatlarında çölə çıxmayın! Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq
"Yay mövsümü müddətində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı ümumilikdə 7 nəfər müraciət edib, onlardan yalnız ikisi hospitallaşdırılıb". Bu Barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Ekspert: “Müdafiə sistemi daha i nnovativ qurulmalıdır”
“Son 10 ildə İnformasiya Kommunikasiya Texnologiyaları inanılmaz dərəcədə inkişaf edib. Dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri tamamilə elektronlaşmaq siyasəti yürüdürlər. Artıq iqtisadi, sosial sahələr tamamilə rəqəmsal platformaya keçid ediblər”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Sarkisyanın “NATO fəndi”: 8 milyard oyunu
Ermənistan hakimiyyətinin Rusiyaya qarşı apardığı şantaj siyasətinin əhatə dairəsini böyütməkdədir. Son həftələr ərzində rəsmi İrəvan durmadan Moskvanın bostanına daş atır, sanki Kremlə “meydan oxumağa” çalışır. İrəvan mətbuatında indi də Ermənistanın NATO-ya üzv qarşılığında ABŞ, Fransa və Almaniyanın düşmən ölkənin enerji sahəsinə 8 milyard dollar sərmayə yatıra biləcəyi ilə bağlı xəbərlər yer alır. Hansı ki, Ermənistanın enerji sektoru birbaşa Rusiyanın nəzarətindədir və Moskva işğalçı rejimin bütün enerji sektorunu özəlləşdirib.
Deputat: “İstərdik ki, həmsədrlərin səfərlərinin bir nəticəsi olsun”
“ATƏT-in həmsədrlərinin regiona səfərini ən azından münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan növbəti addım hesab etmək olar. Yəni, ortaq ümumi bir razılaşma əldə olunmalıdır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın”. Bunu millət vəkili Azər Badamov deyib.
Ukrayna Donbasda həlak olan hərbçilərinin sayını açıqlayıb
Donbasda hərbi münaqişədə indiyədək 2700-dən çox ukraynalı hərbçi həlak olub. Bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini İvan Rusnak bildirib. O, münaqişə zamanı daha 10 min hərbçinin yaralandığını açıqlayıb.
Almaniyada G20 sammitinə hücum planlaşdıran şəxs saxlanılıb
Almaniyada G20 sammitinə hücum planlaşdırmaqda şübhəli bilinən 30 yaşlı Rostok şəhər sakini saxlanılıb. Bu barədə “The Local” agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Tikiş fabrikində partlayış
Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən tikiş fabrikində partlayış baş verib. Fabrikdəki qazanın partlaması ilə 10 nəfər həlak olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, hadisə zamanı onlarla insan yaralanıb.














