Gündəm
Eks deputat: Atanız Heydər Əliyevə danışmaq üçün “vaxt verirdi” – Bakılı-rayonlu davası
Eks millət vəkili, yazıçı Xeyrəddin Qoca bəstəkar Aygün Səmədzadənin rayonlular barəsində sosial şəbəkədə paylaşdığı fikirlərinə kəskin şəkildə cavab verib. Yazıçını daha çox qıcıqlandıran bəstəkarın “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın…” sözü olub.
Ermənistan rəhbərliyinin apardığı siyasət hərbi əməliyyatların başlanmasını yaxınlaşdırır
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin nəticəsi olaraq deyəsən istəklərinə nail oldular. Belə ki, vasitəçilərin Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli təşəbbüsləri, regionda müharibə riskinin aradan qaldırılması “çabaları” öz nəticəsini verməkdədir. Hər halda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu günlərdə Avstriyada bir araya gələcəyi barədə yayılan açıqlama belə deməyə əsas verir. Məlumata görə, iki ölkənin xarici siyasət idarəsi rəhbərləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində bir araya gələcək.
Mənzil bazarında hərc-mərcliyə son qoyulur
Azərbaycanda həyata keçirilən islahatlar özəlləşdirmə sahəsindən də yan keçməyib. Paralel olaraq özəlləşdirilən dövlət mülkiyyətlərinin sənədləşdirilməsi də diqqətdən kənarda qalmayıb. Hazırda vətəndaşların əldə etdikləri daşınmaz əmlakın sənədləşdirilməsinin sadələşdirilməsi istiqamətində təkmilləşdirmə işləri aparılır.
Qarpız və yemişlərin keyfiyyəti necədir? - Xidmət rəisi cavab verdi
Azərbaycanda hazırda bazarlarda istehlakçılara təklif edilən mövsümi meyvələrin - qarpız və yemişlərin keyfiyyəti normaldır. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Velosipedlərin qənimi ələ keçib
8 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini tutulub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 2-də rayon ərazisində vətəndaşlara məxsus 8 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev tutulub.
Bir gündə yol-nəqliyyat hadisələrində 4 nəfər ölüb,10-u xəsarət alıb
Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.
Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 22 850 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə. qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 850 müraciət daxil olub.
Azərbaycanın hesabatı BMT-yə təqdim olunub
Məlum olduğu kimi, Azərbaycan BMT üzvü olan dövlətlərin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu sahədə işlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyinin yaradılması və funksiyalarının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Nazirlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Dövlət büdcəsinə yenidən baxılması ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin göstəricisidir
“2017-ci ilin dövlət büdcəsinə yenidən baxılması və büdcənin həm gəlir, həm də xərc hissəsinin artırılması ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin göstəricisidir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib.
Respublika üzrə 30 minə yaxın narkoman qeydiyyata alınıb
“Respublika üzrə 31.12.2016-cı il tarixinə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkomanların ümumi sayı - 29448 nəfər təşkil edib. O cümlədən, opioidlərin qəbulu nəticəsində - 20576 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8872 nəfər qeydiyyatda olub”. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bu şəxslər cinayət məsuliyyətindən azad ediləcək
Mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Qanun layihəsində qeyd edilmiş yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.
Sabahdan temperatur enəcək: 4-7 dərəcə
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsi başlayıb
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacağını deyib. Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub.
Beynəlxalq Sosial Təminat Assosiasiyasında Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar təqdim olunub
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazinin müavini İdris İsayev və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Cenevrədə (İsveçrə) keçirilən 115-ci Büro iclasında, BSTA-nın 90 illiyinə həsr olunmuş simpoziumda və bu Təşkilatın 10 Avropa ölkəsinin, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Rəhbər Komitəsinin iclasında iştirak ediblər.














