Gündəm

Qlobal hücumun arxasından Rusiya çıxdı - Kəşfiyyat TƏSDİQLƏDİ

4 İyul 2017 14:47

İyunun 27-də Ukrayna müəssisələrinin kompüterlərini sıradan çıxaran “Petya.A” virusunun Rusiyada yaradıldığı ehtimal edilir.

Rakka İŞİD-dən azad edilir - SON MƏLUMAT

4 İyul 2017 14:44

ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri Rakkanın mərkəzinə doğru irəliləyir. Bu haqda Amerika Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) bu səhər açıqlama verib. 

Nazir: "Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlaya bilər, əgər..."

4 İyul 2017 14:35

Zərurət yaranarsa, Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlaya bilər. Bunu "TRT haber" telekanalına müsahibəsində Türkiyənin müdafiə naziri Fikri İşık deyib. Onun sözlərinə görə, Türkiyə xaricdən, xüsusilə Suriyadan gələn istənilən təhdidi neytrallaşdırmaq hüququna sahibdir. Nazir qeyd edib ki, heç bir ölkə Türkiyəyə şərtləri diqtə edə bilməz.

Erməni ailəsinin nəsli kəsildi - 6 nəfər birdən öldü - VİDEO

4 İyul 2017 14:32

Rusiyada bir erməni ailəsi faciəvi şəkildə ölüb. Hadisə dünən Rusiyanın Çelyabinsk vilayətində olub. Övladlarının məktəbi bitirməsini qeyd edən ermənilər bədbəxt hadisə ilə üzləşiblər. 

"Daha ABŞ-ı məhv etmək çətin olmayacaq" - Müstəqillik Günündə HƏDİYYƏ

4 İyul 2017 14:28

“Koreya Xalq Demokratik Respublikası tərəfindən birinci qitələrarası ballistik raketin işə salınması deməyə əsas verir ki, Pxenyan ABŞ-a nüvə döyüş sursatları ilə zərbə üçün texnologiyalara malikdir”.

Sərnişinlər təxliyyə olundu

4 İyul 2017 14:12

TK-1705 sayılı İstanbul - Ştutqart səfərini yerinə yetirən və İstanbul Atatürk hava limanından uçan Türk Hava Yollarına məxsus A321 tipli təyyarəsinə quş sürüsü çırpılıb. TC-JRA sayılı təyyarənin pilotu hadisəni dispeçer qülləsinə bildib. Təyyarə təcili olaraq hava limanına geri dönüş edib. Sərnişinlər təyyardən təxliyyə edililərək başqa bir təyyarə ilə Almaniyaya uçuş ediblər. Quş sürüsü çırpılan təyyarə isə texniki baxışa götürülüb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Məhərrəm Qasımlıdan yeni ktab

4 İyul 2017 14:00

“Elm və Təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” adlı yeni kitabı işıq üzü görüb. Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu “Olaylar” – a bildirib ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 10 aprel 2017-ci il tarixli 5 saylı qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır. Kitabda Məhərrəm Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.

Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşüb

4 İyul 2017 13:59

İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Tehranda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin vitse-prezident, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Arzu Rəhimov Türkiyə nümayəndə heyətini qəbul edib

4 İyul 2017 13:58

Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olubar.

Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı

4 İyul 2017 13:57

Bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. 

Çexiyadakı səfirliyimizdən maşınında qətlə yetirilən iş adamı haqda AÇIQLAMA

4 İyul 2017 13:55

Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin paytaxtında qətlə yetirilən həmyerlimiz barədə məlumat yayıb. Səfirlikdən daxil olan məlumatda bildirilir ki, iyunun 29-da Azərbaycan vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanıb.

Star TV-nin məşhur serialı məhkəməlik oldu

4 İyul 2017 13:53

7 illik fasilədən sonra Star TV-də yenidən yayımlanmağa başlayan "Türk malı" serialı tənqidlərin hədəfinə düşüb. Reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyən layihə bu dəfə məhkəməyə verilib.

“Seanews.az” əmtəəə nişanı aldı

4 İyul 2017 13:45

İxtisaslaşmış online dəniz xəbərləri saytı “Seanews.az” öz brendini Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirib. Bununla da sayta müvafiq patent verilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sayt dövlət reyestrində 23.05.2017-ci il tarixində qeydiyyata alınıb. Standartlaşdırm Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Seanews.az” -a əmtəə nişanı təqdim olunub.

Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılır

4 İyul 2017 13:43

Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işlərini davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işlərinin görülməsi nəzərdə tutulub. İşlərə cari ilin aprel ayından start verilib.