Arzu Rəhimov Türkiyə nümayəndə heyətini qəbul edib

Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olubar.

Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olubar. "OLAYLAR"-ın xəbərinə görə, səfər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov ilə görüş keçirilib. Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Görüşdə Qarabağ müharibəsi zamanı əlil olmuş vətəndaşlarımızın qardaş Türkiyə Respublikasında müalicə olunmaları, onlara yaxından göstərilən qayğı və dəstəyə görə Türkiyəli qonaqlara dərin təşəkkür bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31