Qlobal hücumun arxasından Rusiya çıxdı - Kəşfiyyat TƏSDİQLƏDİ
İyunun 27-də Ukrayna müəssisələrinin kompüterlərini sıradan çıxaran “Petya.A” virusunun Rusiyada yaradıldığı ehtimal edilir.
4 İyul 2017 14:47 Dünyaİyunun 27-də Ukrayna müəssisələrinin kompüterlərini sıradan çıxaran "Petya.A" virusunun Rusiyada yaradıldığı ehtimal edilir.
Qeyd edilir ki, analitiklər kiberhücumun edildiyi şəbəkələr haqqında məlumatlar, həmçinin yoluxma taktikalarının analizindən sonra belə nəticəyə gəliblər. Bundan başqa, Böyük Britaniya nəşri vurğulayır ki, Avropa kəşfiyyat orqanlarının əməkdaşları da eyni fikirdədirlər. Daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları "Petya.A" virusundan istifadə ilə kiberhücumda Rusiya xüsusi xidmət orqanlarının iştirakını müəyyən ediblər. İdarənin məlumatına görə, dövlət idarələrinə kiberhücumun hədəfi ölkədə ictimai-siyasi vəziyyətin məqsədyönlü destabilizasiyası idi.
"Virusla yoluxdurma planlaşdırılmışdı və qabaqcadan həyata keçirilmişdi. Əhəmiyyətli məlumatların məhv edilməsi və əhali arasında dəhşətli əhval-ruhiyyələrin yayılması üçün Ukraynanın dövlət və şəxsi müəssisələrinin işinin pozulması virusun əsas təyinatı idi", - xəbərdə deyilir.
Qeyd edilir ki, əldə edilən məlumatlar 2016-cı ilin dekabrında Ukraynanın maliyyə sistemi, nəqliyyat obyektləri və energetika sisteminə edilən hücumlara eyni haker qruplaşmalarının cəlb olunduğunu söyləməyə əsas verir. Xatırladaq ki, kiberhücum iyunun 27-də həyata keçirilib. Haker hücumu "Kiyev metropoliteni"ndə ödəmə terminallarının işini dayandırıb, Ukrayna ticarət şəbəkələri, enerji şirkətləri, KİV, banklar və poçt xidmətlərində kütləvi nasazlıqlara gətirib çıxarıb. Həmçinin, bir sıra beynəlxalq şirkətlər kiberhücumun hədəfi olub. Publika.az "Finansial Tayms" nəşrinə istinadən xəbər verir ki, belə nəticəyə Qərb analitikləri gəliblər.