Star TV-nin məşhur serialı məhkəməlik oldu
7 illik fasilədən sonra Star TV-də yenidən yayımlanmağa başlayan "Türk malı" serialı tənqidlərin hədəfinə düşüb. Reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyən layihə bu dəfə məhkəməyə verilib.
4 İyul 2017 13:53 Dünya7 illik fasilədən sonra Star TV-də yenidən yayımlanmağa başlayan "Türk malı" serialı tənqidlərin hədəfinə düşüb. Reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyən layihə bu dəfə məhkəməyə verilib.
"Türk Təbliğat Dərnəyi" "türklüyün imicini ləkələmək" iddiası ilə seriala qarşı məhkəmə açıb: "Orada bir türk ən aşağı səviyyədə təqdim edilib. Buna dünyada icazə verə biləcək başqa bir ölkə var? "Amerikan malı", yaxud "Rus malı" deyə bir serial çəkə bilərsinizmi?".
Qeyd edək ki, 2010-cu ildə də serialın ilk yayım zamanı ona qarşı məhkəmə açılmışdı. Axşam.az