Rakka İŞİD-dən azad edilir - SON MƏLUMAT

ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri Rakkanın mərkəzinə doğru irəliləyir. Bu haqda Amerika Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) bu səhər açıqlama verib. 

ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri Rakkanın mərkəzinə doğru irəliləyir. Bu haqda Amerika Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) bu səhər açıqlama verib. Açıqlamada bildirilir ki, ölkələrarası koalisiyanın dəstəyi ilə ordu Rakkanın "Köhnə Şəhər" adlandırılan tarixi bölgəsini çevrələyən "Rəfiqə" divarında 25 metrlik keçid açıb. ABŞ rəsmisi Bret Makqark bu keçidin çox önəmli irəliləyiş olduğunu vurğulayıb. Hazırda İŞİD paytaxt elan etdiyi Rakka şəhərini 4000 əsgərlə qoruyur. Şəhərdə 100 000-ə yaxın sivil vətəndaş da var. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31