Gündəm
Qvatemalada məhbuslar qiyam etdi - Valideynlər çağırıldı
Qvatemalada yetkinlik yaşına çatmayan məhbusların həbsxanasında qiyam baş verib. Qiyam iştirakçıları həbsxanada saxlanma şərtlərinin yaxşılaşdırılmasını tələb ediblər.
“Zamanın çağırışlarını ilk eşidən KİV nümayəndələri olmalıdır”
Demokratik ölkənin mediasının inkişafı üçün öncə KİV -ə söz, məlumat azadlığı verilməli və plüralizm şəraiti yaradılmalıdır. Azərbaycanda bu imkanlar konstitusiyamızda müvafiq maddələrlə təsbit olunub.
Bakı Ali Neft Məktəbinin məzun və tələbələri STAR-da işləyəcək
Bakı Ali Neft Məktəbində Türkiyədə inşa edilən STAR neft emalı zavodunda işləyəcək 29 məzun və istehsalat təcrübəsi keçəcək 20 tələbə ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə SOCAR-ın vitse-prezidentləri David Məmmədov, Xalik Məmmədov, Tofiq Qəhrəmanov, “SOCAR Turkey Enerji A.Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və s. iştirak ediblər.
Sərnişin qatarlarında qiymət tənzimlənməsi aparılacaq
Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi həyata keçiriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyıətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə. bunun üçün 15.07.2017-ci il tarixdən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
Fərəh Əliyeva Qazaxıstanda
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” II Forumunda iştirak edib. Universitetdən “Olaylar” – a bildirilib ki, ADMİU-nun rektoru ilə yanaşı foruma 13 ölkənin ali tədris ocaqları və mədəniyyət müəssisələrinin rəhbərləri qatılıb. Forumda ənənəvi milli mədəniyyətin, Ali incəsənət təhsil müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.
Hər kəsin gözü önündə qadını zorla maşına mindirməyə çalışdılar - VİDEO
Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib. Gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar.
Aktyorun tətili burnundan gəldi: "Elə bil, oğruyuq"
Aktyor Erkan Petekkayanın Sinqapur tətili burnundan gəlib. Xanımı Didem və oğlu Canla əvvəlcə Taylanda, daha sonra isə Sinqapura yollanan aktyor damında olan hovuzuyla ziyarətçiləri cəlb edən məşhur “Marina Bay Sands Otel”də qalıb.
Putin-Tramp görüşünün vaxtı məlum olub
Rusiya və ABŞ prezidentləri arasında ilk görüşün vaxtı məlum olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında ilk görüşün iyulun 7-də Almaniyanın Hamburq şəhərində "G 20" sammiti çərçivəsində keçiriləcəyini söyləyib.
Mədəni turizm əsasları adlı təlim - İsmayıllıda
İyulun 4 – də İsmayıllı rayon Uşaq Kitabxanasında AMEA-nın Gənc alimlər və mütəxəssislər Şurası və Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar çərçivəsində “Mədəni turizm əsasları” mövzusunda təlim keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, AMEA ilə imzalanmış Əməkdaşlıq memorandumu əsasında təşkil olunmuş treninqin əsas məqsədlərindən biri respublikada turizm və mədəniyyət sahələrinin inteqrasiyasını təmin etmək, habelə bu təsisatların fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanların və qarşılıqlı maraqların müzakirəsidir.
Sarkisyan “aprel müharibəsi” ilə bağlı ŞOK DETALIN ÜSTÜNÜ AÇDI
“Aprel müharibəsi” Bako Saakyanın hakimiyyətinin uzadılmasına şərait yaratdı. Bu etirafla erməni politoloq Manvel Sarkisyan çıxış edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda (qondarma “DQR”) keçirilən “konstitusiya islahatları” Saakyanın hakimiyyətinin müddətsiz edilməsinə hesablanıb: “Əvvəlki qanunla iki dəfədən artıq müddətə seçilməyə icazə vermirdi. İndiki qanunlar isə bu qadağanı aradan qaldırdı.
Əsrin TRANSFERİ baş tutur: Neymar o kluba gedir
İspaniyanın məşhur futbol dərgisi "Don Balon" şok iddia ilə çıxış edib. Dərgi "Mançester Yunayted"in Neymarı transfer üçün hərəkətə keçib.
Meyxanada bayağı və təhqiredici sözlər
Son illərdə el şənlikləri, toy mərasimlərində tez-tez rast gəldiyimiz mənzərələrdən biri də həmin məclislərdə meyxanaçılar, söz xiridarlarının olması, bir-biri ilə söz yarışı etməsidir. Artıq bu mənzərəyə təkcə el şənlikləri, toy mərasimləri deyil, hətta televiziya kanallarında da rast gəlmək mümkündür.
Natavanın toy tarixi bəlli oldu
Müğənni Natavan Həbibinin toy günü bəlli olub. Sənəntçinin qız iyulun 17-i, oğlan toyu isə 19-u baş tutacaq. Toyda reper Səid Əliyevlə (Dado) Natavanın yaxın dostları, ailə üzvləri və şou-biznesin tanınmış simaları iştirak edəcəklər. Onların özəl gününə 400 nəfərddən çox qonağın qatılacağı gözlənilir.
Zoologiya İnstitutu Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA verdi
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib. İnstitutun direktoru Elman Yusifov bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir. E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.
Malyariyanın yayıldığı ölkələrə gedib-gələn şəxslərə nəzarət olunacaq ƏMR
“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nınicrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə səhiyyə nazirinin əmri ilə Fəaliyyət Planı təsdiq edilib.














