Aktyorun tətili burnundan gəldi: "Elə bil, oğruyuq"
Aktyor Erkan Petekkayanın Sinqapur tətili burnundan gəlib. Xanımı Didem və oğlu Canla əvvəlcə Taylanda, daha sonra isə Sinqapura yollanan aktyor damında olan hovuzuyla ziyarətçiləri cəlb edən məşhur “Marina Bay Sands Otel”də qalıb.
4 İyul 2017 15:26 DünyaAktyor Erkan Petekkayanın Sinqapur tətili burnundan gəlib. Xanımı Didem və oğlu Canla əvvəlcə Taylanda, daha sonra isə Sinqapura yollanan aktyor damında olan hovuzuyla ziyarətçiləri cəlb edən məşhur "Marina Bay Sands Otel"də qalıb.
Lakin Erkan bu bahalı otelin xidmətlərindən razı qalmayıb. O, tətilinin burnundan gəldiyini deyib: "Otelin damındakı hovuz tamamilə xəyal qırıqlığıdır. Müştəri sayına görə xidmət göstərmirlər. Tualetə gedəndə sizi oğru hesab edirmiş kimi arxanızdan qaçan təlimsiz ofisiantlar sizi hövsələdən çıxarır. Şəkildəki sakitliyin zərrəsi belə yoxdur. Biz sabah qaçıb buradan canımızı qurtaracağıq". Axşam.az Türkiyə mediasına istinadən xəbər verir.