Gündəm

İlin əvvəlindən dünyada 3 mindən çox miqrant həlak olub

4 İyul 2017 16:56

Bu ilin əvvəlindən etibarən dünyada 3 mindən çox miqrant və qaçqın həlak olub. Bu barədə Beynəlxalq Miqrasiya Agentliyinin yeni hesabatında qeyd olunur. Bildirilir ki, bu müddət ərzində Avropaya dəniz yolu ilə 101 mindən çox miqrant gəlib. Onların 85 faizi İtaliya, qalanları Yunanıstan, Kipr və İspaniya ərazisindən keçib.

Əli Mirəliyevdən Aygün Səmədzadəyə AĞIR CAVAB

4 İyul 2017 16:54

Millət vəkili Ziyad Səmədzadənin qızı bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə rayon camaatı haqda statusu ictimaiyyətdə birmənalı qarşılanmayıb.

26 yaşlı qadın analıqdan məhrum oldu - Tovuzun Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - VİDEO 

4 İyul 2017 16:45

ARB 24 xəbər verir ki, Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.  Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.

PKK-nın hücumu: türk hərbçilər yaralandı

4 İyul 2017 16:40

Türkiyənin Hakkari vilayətinin Çuxurca rayonunda PKK terrorçuları türk hərbçilərə qumbaraatandan atəş açıblar. Hücum zamanı 3 hərbçi yaralanıb. Yaralıların həyati təhlükəsi olmadığı bildirilir.

Azərbaycanın palçıq vulkanlarında yeni minerallar və daş kömür aşkarlandı

4 İyul 2017 16:38

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.

SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib

4 İyul 2017 16:33

SOCAR və Almaniyanın UniPer şirkəti arasında Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur.

Evində pulsuz qaldı, üstəlik təqaüdünü də oğurladı

4 İyul 2017 16:31

Azərbaycanda qəribə cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Qusarda baş vermiş oğurluq hadisəsi ilə bağlı geniş məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, iyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Nobel mükafatı laureatı: "Azərbaycan istedadlı insanlar diyarıdır"

4 İyul 2017 16:28

"Azərbaycanda istedadlı insanlar çoxdur. Ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir". “Olaylar” xəbər verir ki, bunu Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskott "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında söyləyib. Nobel mükafatçısı iyulun 3-də Azərbaycan Respublikasının Qusar şəhərində işə başlayan konfransda fəxri qonaq kimi "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" adlı məruzə ilə çıxış edib.

Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycandakı rəhbərini qəbul edib

4 İyul 2017 16:22

İyulun 4-də  Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

Mali yığmasının futbolçusu Fransada polisi vurduğu üçün həbs olunub

4 İyul 2017 16:15

Mali yığmasının və Almaniyanın “Verder” klubunun futbolçusu Sambu Yatabare Fransada polisə hücum etdiyi üçün həbs olunub. İnsident ötən bazar günü Parisdəki hava limanının dayanacağında baş verib. Polis 28 yaşlı yarımmüdafiəçini saxladıqdan sonra onların arasında mübahisə düşüb. Nəticədə futbolçu asayiş keşikçisinin gözünə zərbə endirib. 

Azərbaycanda "VAZ-2107"də zorlama: qızı maşına mindirdi, kəndə apardı...

4 İyul 2017 16:12

Qazax rayon sakini İsmət Mahmudov tanışı ilə cinsi əlaqədə olmaqda ittiham edilib. İstintaq orqanını gəldiyi nəticəyə görə, hadisə 27 fevral 2015-ci il tarixdə baş verib.

Kimlər imtahana buraxılmayacaq?

4 İyul 2017 16:07

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də növbəti imtahanlar keçirəcək. DİM-dən  verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.

Rusiyaya qar yağdı

4 İyul 2017 16:03

İyul ayında Rusiyaya qar yağıb. Norilsk şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, qar bu gün səhər yağıb. Lakin çox keçmədən qar əriyib.

Seksual azlıqlar çay evinə hücun ediblər

4 İyul 2017 16:01

Seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı çay evinə hücum edərək oranı talana məruz qoyub. Hadisə iyulun 3-dən 4-nə keçən gecə Nizami rayonunda, 24-cü polis bölməsinin ərazisində baş verib.

Ermənistanda məmur uşaqları əsgərliyə getmir

4 İyul 2017 15:58

"Hər kəs anlamalıdır ki, bu, bizim dövlətimizdir, bizim ordumuzdur və kimin oğlu olmasından asılı olmayaraq hər kəs orduda xidmət etməlidir". Bunu "Yelk" fraksiyasından seçilən deputat Sasun Mikayelyan bildirib.  Erməni deputat məmur övladlarının orduda ya xəstəlik, ya da təhsil bəhanəsilə xidmət etmədiyini deyib.