Gündəm

“Azərenerji” ASC iyun ayı ərzində 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

4 İyul 2017 18:07

“Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinin verdiyi məlumatda göstərilir ki, 2017-ci ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 milyard kilovat-saat olub.

Beynəlxalq Ticarət Mərkəzinın direktoru ilə müzakirələr aparılıb

4 İyul 2017 18:03

İyulun 4-də İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzaleslə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzalesi Azərbaycana ilk səfəri və Mərkəzin ölkəmizlə əməkdaşlığa başlaması münasibəti ilə təbrik edib, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycan 25 ildir ki, BMT ilə, eləcə də BMT-nin UNCTAD, UNİDO, UNESCO və digər qurumları ilə uğurlu əməkdaşlıq edir. 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli icra mexanizmi kimi ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Nazir Şəkidə vətəndaşlarla görüşəcək

4 İyul 2017 18:02

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 1230-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Daha 5 dövlət müəssisəsi özəlləşdirilib

4 İyul 2017 17:56

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a  verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qusarda keçirilən II Beynəlxalq Tələbə Konfransı davam edir

4 İyul 2017 17:54

Azərbaycan Respublikasının Qusar şəhərində iyulun 3-də başlayan “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı davam edir.

Azərbaycanı Çinin saxta avtomobil ehtiyat hissələri bürüyüb

4 İyul 2017 17:29

Azərbaycanda avtomobillərin sayı çoxaldıqca, yeni ehtiyat hissələrinə və ustalara da tələbat artır. Bu sahə gəlirli olduğu üçün bəzi "işbazlar" min bir hiyləyə əl atır. Fürsətcil maşın ustaları çox pul qazanmaq üçün avtomobil sahiblərini aldatmaqdan belə, çəkinmirlər. Avtomobildəki problemi müəyyənləşdirmədən yeni detal aldırırlar. Böyük avtoservislərdə bu məsələyə görə məsuliyyət daşıyan olsa da, kiçik təmir sexlərində belə deyil. Böyük avtoservislərdə qiymətlər baha olduğu üçün avtomobil sahibləri əksər hallarda kiçik təmir sexlərinə üz tuturlar.

Naxçıvanda hava hücumundan müdafiə dəstələri ayağa qaldırıldı

4 İyul 2017 17:27

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimləri keçirilir.

“Vikipedia”da ədiblərimiz haqqında dörd dildə məlumat yerləşdirilib

4 İyul 2017 17:25

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görkəmli ədiblərimiz Süleyman Sani Axundov, Abbas Səhhət, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Qasım bəy Zakir, Cəfər Cabbarlı, Mizə Şəfi Vazeh haqqında “Vikipedia”dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək “Vikipedia”nın xarici dillər bölmələrində yerləşdirilib.

HDİM ailədaxili problemlərlə bağlı maarifləndirmə işi aparıb-Layihə başa çatdı

4 İyul 2017 17:23

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsini yekunlaşdırıb.

Avropa Komissiyasının rəhbəri Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırıb

4 İyul 2017 17:21

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb. 

İran və Azərbaycan Milli kitabxanaları arasında anlaşma memorandumu imzalanacaq

4 İyul 2017 17:19

İranda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Tehranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 4-də İranın vitse-prezidenti, Milli Kitabxana və Arxiv İdarəsinin baş direktoru xanım Əşrəf Burucerdi ilə görüşüb.

AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında iki yeni kitab təqdim olundu

4 İyul 2017 17:10

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” və Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı kitabların təqdimat mərasimi keçirilib. Bölmədən “Olaylar” – a bildirilib ki, bölmənin Elektron Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru Nuridə Kəngərli çıxış edərək hər iki kitabın elmi dəyərindən danışıb.

Musiqili Teatr ən yaxşıları mükafatlandırdı

4 İyul 2017 17:08

 Musiqili Teatrı iyulun 15-də 107-ci mövsümü yekunlaşdıracaq. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olub. Tədbirdə kollektivdə mövsüm boyu yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mükafatlandırılıb. Tədbiri giriş sözüylə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, qazanılan uğurlardan, yeni mövsümdə qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs edib. Sonra mükafatlandırma mərasimi keçirilib.

Bakıda 15 il əvvəl polisi güllələyib Rusiyaya qaçan şəxsə hökm oxunub

4 İyul 2017 17:06

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2002-ci ildə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Eldar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.   

Avstriya İtaliya ilə sərhədə qoşun yığır - SƏBƏB

4 İyul 2017 17:01

Avropada davam edən qaçqın böhranı ilə əlaqədar ölkələr arasında gərginlik artır. Avstriya hökuməti İtaliyadan keçib gələn miqrantların qarşısını almaq üçün sərhəd bölgəsinə qoşun cəlb edir. Artıq Brenner sərhəd-keçid məntəqəsinə 4 zirehli maşın cəlb edilib.