Avropa Komissiyasının rəhbəri Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırıb

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb. 

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb. Parlamentin iclasına 700 deputatdan 100-ü qatılmayıb. Yunker deputatların iclasa münasibətini qeyri-ciddi adlandırıb. Tacani  isə Yunkeri deputatlara daha hörmətlə yanaşmağa çağırıb və Avropa Komissiyasının Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Avropa Komissiyasına nəzarət etməli olduğunu bildirib. Öz növbəsində Yunker Tacanini "boşboğaz" adlandıraraq deyib ki, Avropa Parlamentinin bir neçə üzvü komissiyaya nəzarət edir. APA-nın "Associated Press" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31