HDİM ailədaxili problemlərlə bağlı maarifləndirmə işi aparıb-Layihə başa çatdı

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsini yekunlaşdırıb.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsini yekunlaşdırıb. İyulun 4-də "Səs" qəzetinin ofisində layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, HDM sədri İlham Əliyev problemin aktuallığından, layihənin əhəmiyyətindən danışıb. Layihə rəhbəri təəssüflə  qeyd edib ki, bu gün dünyada baş verən ictimai-siyasi təlatümlər, müasir dövrün yenilikləri, fərqli ailə modelinin formalaşması Azərbaycan ailələrinə də təsirsiz ötüşməyib: "Bəzi Azərbaycan ailələrində tez-tez zorakılıq hallarına rast gəlinir. Təbii ki, zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır". 

Layihə rəhbəri qeyd edib ki, 3 aylıq layihə çərçivəsində Bakı və Xaçmaz şəhərlərində dəyirmi masalar təşkil olunub, ailədaxili problemləri yaradan səbəblər və çıxış yolları ziyalılar, media mənsubları, yerli ictimai rəy liderləri və nüfuzlu ağsaqqalların iştirakı ilə müzakirəyə çıxarılıb.

Həmçinin mövzu ilə bağlı Bakı və Xaçmaz şəhərində sorğu keçirilib, mövzu ilə əlaqədar təbliğat materialları layihənin icrasına cəlb edilmiş KİV-lərdə dərc olunub.

Layihə çərçivəsində yeniyetmələr, tələbə-gənclər, valideynlər hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı ətraflı məlumatlandırılıb. Keçirilən görüşlərdə, dəyirmi masalarda, konfranslarda vətəndaş cəmiyyətinin bərqərar olmasında hüquqi maarifləndirmə işinin önəmi, müasir Azərbaycan cəmiyyətində bu sahədə atılan uğurlu addımlardan da bəhs edilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31