AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında iki yeni kitab təqdim olundu

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” və Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı kitabların təqdimat mərasimi keçirilib. Bölmədən “Olaylar” – a bildirilib ki, bölmənin Elektron Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru Nuridə Kəngərli çıxış edərək hər iki kitabın elmi dəyərindən danışıb.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu "Naxçıvan dialekt və şivələrinin lüğəti" və Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun "Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri" adlı kitabların təqdimat mərasimi keçirilib.

Bölmədən "Olaylar" - a bildirilib ki, bölmənin Elektron Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru Nuridə Kəngərli çıxış edərək hər iki kitabın elmi dəyərindən danışıb.

Nəşrdə 30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələr sistemli tədqiqata cəlb edilib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, həmin institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, Elxan Məmmədov, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək Naxçıvanda dialekt və şivələrin, eyni zamanda əlyazma mətinlərinin toplanılması, nəşri və təbliği barədə öz fikirlərini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31