Avstriya İtaliya ilə sərhədə qoşun yığır - SƏBƏB

Avropada davam edən qaçqın böhranı ilə əlaqədar ölkələr arasında gərginlik artır. Avstriya hökuməti İtaliyadan keçib gələn miqrantların qarşısını almaq üçün sərhəd bölgəsinə qoşun cəlb edir. Artıq Brenner sərhəd-keçid məntəqəsinə 4 zirehli maşın cəlb edilib. 

Avropada davam edən qaçqın böhranı ilə əlaqədar ölkələr arasında gərginlik artır. Avstriya hökuməti İtaliyadan keçib gələn miqrantların qarşısını almaq üçün sərhəd bölgəsinə qoşun cəlb edir. Artıq Brenner sərhəd-keçid məntəqəsinə 4 zirehli maşın cəlb edilib. Bundan başqa, növbəti 3 gün ərzində 750 hərbçinin bölgəyə yeridiləcəyi bildirilir. Bununla əlaqədar olaraq, Avstriyanın İtaliyadakı səfiri izahat üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31