Daha 5 dövlət müəssisəsi özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
4 İyul 2017 17:56 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə yerləşir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sex kimi kiçik dövlət müəssisəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, Zaqatala Barama Toxuma zavodunun torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 881 kvadratmetrdir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2 803 kvadratmetr, ümumi faydalı sahəsi 403 kvadratmetrdir. Özəlləşdirilən əmlakların sahəsi 71 kvadratmetr ilə 3 881 kvadratmetr arasında dəyişir. Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Bu hərracda elektron qaydada nəqliyyat vasitələrinin hərracı rəqabətli şəraitdə keçirilib. Elektron hərracın vasitəsilə onlayn 1 avtomobil özəlləşdirilib. Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.