Ermənistanda məmur uşaqları əsgərliyə getmir

"Hər kəs anlamalıdır ki, bu, bizim dövlətimizdir, bizim ordumuzdur və kimin oğlu olmasından asılı olmayaraq hər kəs orduda xidmət etməlidir". Bunu "Yelk" fraksiyasından seçilən deputat Sasun Mikayelyan bildirib.  Erməni deputat məmur övladlarının orduda ya xəstəlik, ya da təhsil bəhanəsilə xidmət etmədiyini deyib. 

S.Mikayelyan hazırkı rejimin onları qaçqın halına saldığını qeyd edib: "İllər ərzində insanlar ölkəni normal hala gətirməyə cəhd edir, nəticədə fərariyə çevrilirlər. Çoxları qanunsuz həbsxanaya salınır",- deyə erməni deputat vurğulayıb. AzVision.az erməni KİV-lərinə xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31