Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycandakı rəhbərini qəbul edib

İyulun 4-də  Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

İyulun 4-də  Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib. "Olaylar" xəbər verir ki, görüş zamanı  Əhliman Əmiraslanov ötən 20 il ərzində Azərbaycanın UNİCEF ilə  əməkdaşlığı  sayəsində əldə olunan nailiyyətlər barədə danışaraq bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini vurğulayıb. Edvard Karvardin isə Azərbaycan hökuməti və UNİCEF-in birgə fəaliyyəti nəticəsində  həyata keçirilmiş çoxsaylı  layihələrin arasında səhiyyə sahəsini əhatə edən duzun yodlaşdırılması, uşaqların məcburi dispanserizasiyası kimi nailiyyətləri xüsusilə qeyd edib. Görüşdə hal-hazırda UNİCEF-in Azərbaycandakı  fəaliyyətinin əsas prioritet sahələri olan hamilə qadınlarda müşahidə edilən anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsi və yeni doğulan körpələrin müstəsna olaraq ana südü ilə qidalandırılmaması problemləri ətrafında geniş fikir mübadiləsi aparılmış, qeyd edilən istiqamətlərdə birgə layihələr çərçivəsində gələcək fəaliyyət barədə  fikirlər səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31