SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib
SOCAR və Almaniyanın UniPer şirkəti arasında Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur.
4 İyul 2017 16:33 SosialSOCAR və Almaniyanın UniPer şirkəti arasında Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur. "OLAYLAR"-ın xəbərinə görə, bu proqramlardan biri də SOCAR və UniPer əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. Bu il SOCAR əməkdaşlarının övladları arasında müvafiq müsabiqə təşkil edilib və müsabiqədən uğurla keçən 22 şagird 18 iyun-02 iyul tarixlərində Almaniya Yay Düşərgəsi Proqramında iştirak edib. Proqram çərçivəsində şagirdlər Almaniyanın 10 şəhərində olub, onlar üçün Alp dağlarının ətəklərində, Köniqsii gölü boyunca gəzinti keçirilib, Allianz Arena stadionuna, Bavariya Filmştat Mərkəzinə, "Alte Pinakotek" rəsm muzeyinə, məşhur Noyşvanştayn qalasına, Düsseldorf teleqülləsinə, Köln şokolad muzeyinə, Elm və texnologiya muzeyinə, BMW muzeyinə, UniPer şirkətinə turlar təşkil olunub.