Fərəh Əliyeva Qazaxıstanda

 Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri”  II Forumunda iştirak edib. Universitetdən “Olaylar” – a bildirilib ki, ADMİU-nun rektoru ilə yanaşı foruma 13 ölkənin ali tədris ocaqları və mədəniyyət müəssisələrinin rəhbərləri qatılıb. Forumda ənənəvi milli mədəniyyətin, Ali incəsənət təhsil müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının "Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri"  II Forumunda iştirak edib.

Universitetdən "Olaylar" - a bildirilib ki, ADMİU-nun rektoru ilə yanaşı foruma 13 ölkənin ali tədris ocaqları və mədəniyyət müəssisələrinin rəhbərləri qatılıb. Forumda ənənəvi milli mədəniyyətin, Ali incəsənət təhsil müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.

Rektor Fərəh Əliyevanın Beynəlxalq Forumdakı "İncəsənət ali təhsil müəssisələrinin təcrübəsində-musiqi irsinin davamlılığı" mövzusunda məruzəsi də böyük maraqla qarşılanıb. Səfər çərçivəsində o, Qazaxıstan Milli İncəsənət Universiteti ilə yaxından tanış olub, hər iki təhsil ocağı arasında elm və tədqiqat sahəsində müəllim və tələbələrin qarşılıqlı əməkdaşlıq, kadr hazırlığı, , təcrübə mübadiləsinin aparılması haqqında müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31