Bakı Ali Neft Məktəbinin məzun və tələbələri STAR-da işləyəcək
Bakı Ali Neft Məktəbində Türkiyədə inşa edilən STAR neft emalı zavodunda işləyəcək 29 məzun və istehsalat təcrübəsi keçəcək 20 tələbə ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə SOCAR-ın vitse-prezidentləri David Məmmədov, Xalik Məmmədov, Tofiq Qəhrəmanov, “SOCAR Turkey Enerji A.Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və s. iştirak ediblər.
4 İyul 2017 15:44 SosialBakı Ali Neft Məktəbində Türkiyədə inşa edilən STAR neft emalı zavodunda işləyəcək 29 məzun və istehsalat təcrübəsi keçəcək 20 tələbə ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə SOCAR-ın vitse-prezidentləri David Məmmədov, Xalik Məmmədov, Tofiq Qəhrəmanov, "SOCAR Turkey Enerji A.Ş."-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və s. iştirak ediblər. BANM rektoru Elmar Qasımov tələbələri təbrik edərək onlara iş həyatında uğurlar arzulayıb. İki qardaş ölkə arasında əlaqələrin inkişafından söz açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu deyib. Daha sonra "SOCAR Turkey Enerji A. Ş."-nin baş direktoru Zaur Qəhrəmanov şirkətin fəaliyyətindən və beynəlxalq layihələrdən bəhs edib.