Meyxanada bayağı və təhqiredici sözlər
Son illərdə el şənlikləri, toy mərasimlərində tez-tez rast gəldiyimiz mənzərələrdən biri də həmin məclislərdə meyxanaçılar, söz xiridarlarının olması, bir-biri ilə söz yarışı etməsidir. Artıq bu mənzərəyə təkcə el şənlikləri, toy mərasimləri deyil, hətta televiziya kanallarında da rast gəlmək mümkündür.
4 İyul 2017 15:04 SosialVə ya mənəviyyat, əxlaq-tərbiyə, şüur-düşüncə davranışın terroru
Son illərdə el şənlikləri, toy mərasimlərində tez-tez rast gəldiyimiz mənzərələrdən biri də həmin məclislərdə meyxanaçılar, söz xiridarlarının olması, bir-biri ilə söz yarışı etməsidir. Artıq bu mənzərəyə təkcə el şənlikləri, toy mərasimləri deyil, hətta televiziya kanallarında da rast gəlmək mümkündür. Ancaq bu zaman bir mənfi tendensiya da müşahidə edilməkdədir ki, bu da söz xiridarlarının rəqibi ilə deyişməsi, yarışması zamanı mentalitetimizə, etikaya uyğun olmayan idadələr səsləndirməsidir. Hətta bəzi meyxana deyənlər məclisdə bəzən təhqiredici ifadələrə də üstünlük verirlər ki, bu da iştirakçılar, onu dinləyənlərdə heç də xoş təəsürat yaratmır. Meyxanada bu kimi ifadələrin işlədilməsi həmçinin bu sənət növünü gözdən salır, onu aşağılayır. Onu da qeyd etmək yerinə düşər ki, bəzən meyxana deyişməsi zamanı, yaxud fərdi qaydada açıq-aşkar narkomaniya bir növ təbliğ edilir ki. bu da xüsusilə gənc nəsil üçün kifayət qədər təhlükəli hesab edilə bilər. Məlumat üçün qeyd edək ki, əslində meyxana Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrıdır. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır.
Meyxanada söz xiridarlarının təhqiredici ifadələr işlətməsi, bəzi hallarda biləəkdən və ya bilmyərəkdən narkomaniyanı təbliğ etmələri cəmiyyətdə də normal qarşılanmır. Bu cür mənfi halları qəbuledilməz sayan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay hesab edir ki, meyxana Azərbaycanda Azərbaycan türkcəsində türkə yaraşmayan dil pəhləvanlığı, söz öynatması, söz güləşdirmə, bir-birinə söz atma, hətta məclislərdə dava-qırgın yarada bilən aşağılama yarışıdır. Onun sözlərinə görə, meyxana qafiyə, təhqir, söz altında qalmamaq xatirinə rusların "karobka", "kardan" kimi əlaqəsiz sözlərindən istifadə etməklə, ağzına gələni ifadə etməklə insan intellektini qurudub heçə endirən bir deyişmədir: "İki nəfər oturub boş söz "fırladır" qalan yüzlərlə cavan gipnoza düşmüş kimi quruyub qulaq asır. Sözün də içində bir məna yox, bəsit adekvatsız tövrdən başqa. Diqqət edin, bəzi meyxana məclislərindəki məsum cavanlarmızın heysiz və depressiv psixoloji çöhrəsinə. Bu quru bəsitləşmə ilə artıq hazırdırlar dini qaraguruhun sıralarına itələnib yuvarlandırılmağa. Bu cür meyxana kimi təzahürlər hamılıqla çılızlığa gətirir bizi. O qədər ki, Rusiya müxalifətinin bazar təhqiri hesab edib Putinə "əlvida çıx get!" kimi istifadə edib yaydığı "Davay dasvidanni" çıqqıdı-çıqqıdısını biz Rusiyanı fəth edən ugurlu milli "yaradıcılığımız" düşünüb öyündük". İlqar Altayın sözlərinə görə, müstəqilliyimizdən bəri nəşə-içkili dalan-tinlərdən samballı toy-şənliklərə, sonra da televiziyalara daşınan və artırılıb "inkişaf etdirildiiyi" qədər də cavan insanlarımızın zövqünü cılızlaşdıran "xalq folkloru" başqa nə verə bilər bir cəmiyyətə?. Mərkəz rəhbəri bildirib ki, ANS-in, ən ictimai ziyanlı işi meyxana adlı ən nimdaş bir "incəsənəti" ölkə efirinə çıxarmaqla təbliğ etməsi oldu: "Ən ucqar, meyxana adı nə olduğunu bilməyən rayon, kənd-obalara yayması oldu. Bu meyxana bu xalqın içinə haradan, nə zaman, necə gəlib düşüb, bu çox maraqlıdır. Azərbaycan türkcəsində oxunursa, türk milli-irsi tarixində, türk xalqlarında, Türkiyə, Orta Asiyada bu yoxdur axı. Digər, ləzgi, talış kimi xalqların etnik folklorunda da olmamalıdır bu. Dədə Qorqud, Koroğlu dastanı, və ya hansı Nizami, Fizuli xatıqlatması bu barədə söz açır? Azərbaycan dilini qoruyaq, təmizləyib bir sistem-formaya salıb inkişaf etdirək, dünya səviyyəsinə çatdıraq, deyirik. Nə ilə? Meyxananın, bu dili xalqın milli yaradıcılıq məkanı olan toy-bayram şənliklərindəki və son dövrlərdə isə televiziyalar vasitəsilə ümumdövlət səviyyəsindəki şil-küt etmə "terroru" ilə? Küçə, türmə jarqonlarının ictimai-ədəbi ünsiyyət mühitinə yeridilməsi ilə? Toyda yüzlər, internetdə yüz minlərlə gənc üçün yayılan ağır təhqir nümunəsi. Terror necə olur ki? Mənəviyyat, əxlaq-tərbiyə, şüur-düşüncə davranışın terroru".
Füzuli