Zoologiya İnstitutu Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA verdi

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib. İnstitutun direktoru Elman Yusifov  bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir. E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.

Direktorun sözlərinə görə, bu kərtənkələ Azərbaycanın yarımsəhra ərazilərində yayılıb. O, Qobustan qoruğunda həmin heyvana rast gəldiyini və onun şəklini çəkdiyini də açıqlayıb.  Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31